İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb

İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb

DÜNYA

06.11.2026, 21:59

İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu, 2023-cü ildən bəri Livanın cənubunda qeydə alınan rəsmi statistikadır.

Bildirilib ki, İsrail bu məqsədlə 1880 ton partlayıcı maddə istifadə edib.

Livan Ətraf Mühit naziri Tamara əz-Zeyn bu barədə 6 noyabrda  açıqlama verib.

O bildirib ki, Livan kənd təsərrüfatı torpaqlarının və meşələrin yandırılması, təbii ərazilərin məhv edilməsi, fermerlərin məhsullarını və dolanışıqlarını itirməsi və İsrail bombardmanları nəticəsində cənub bölgələrinin dəyişən siması kimi geniş yayılmış ekoloji ziyanla üzləşib: "2023-cü ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər İsrailin fosfor bombaları və digər sursatlardan istifadə edərək həyata keçirdiyi partlayışlar nəticəsində Livanda 16.000 hektardan çox kənd təsərrüfatı və meşə sahəsi yox edilih".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR