“Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR
PRESS
Bugün, 21:33
Noyabrın 6-da Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ali təhsil ocağının Bələdiyyə və turizm kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, “Şərq qapısı” qəzetinin əməkdaşı, jurnalist Əli Cabbarovun Milli mətbuatın 150 illiyinə həsr olunmuş “Sözümüz imzamızdır” və Naxçıvan Dövlət Universitetinin prorektoru olmuş görkəmli alim, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin xatirəsinə həsr olunmuş “Arı” kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyətinin üzvləri, şəhid ailələrinin üzvləri, jurnalistlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müəllifin elmi-pedaqoji və jurnalist fəaliyyətindən, müxtəlif dövrlərdə dövri mətbuatda dərc olunmuş yazılarından, həmçinin təqdimatı keçirilən kitabların mövzu və məzmun xüsusiyyətlərindən bəhs edib. Rektor qeyd edib ki, “Sözümüz imzamızdır” kitabında Azərbaycan xalqının müasir tarixinin ən mühüm hadisələrindən biri olan Qarabağ Zəfərinin siyasi, tarixi və dövlətçilik aspektləri geniş şəkildə öz əksini tapıb. Nəşrdə 44 günlük Vətən müharibəsinə aparan tarixi proseslər, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, dövlət-xalq-ordu birliyi və əldə olunan tarixi Qələbənin əhəmiyyəti müəllifin publisistik yanaşması ilə təqdim olunur. Yazılarda Azərbaycan dövlətinin güclənməsi, milli birliyin möhkəmlənməsi və ölkəmizin beynəlxalq mövqelərinin yüksəlməsi kimi məsələlərə də diqqət yetirilir. Eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası və milli yaddaşın qorunması mövzuları ön plana çəkilir.
Diqqətə çatdırılıb ki, Zəngəzurun tarixi Azərbaycan torpağı kimi öyrənilməsi, bu bölgənin milli-mənəvi irsinin, tarixi keçmişinin və coğrafi əhəmiyyətinin təbliği müəllifin publisistik yaradıcılığında mühüm istiqamətlərdəndir. Bu baxımdan, nəşrdə Qarabağ və Zəngəzur mövzularının işıqlandırılması Azərbaycanın tarixi yaddaşının qorunması və milli maraqların təbliği baxımından əhəmiyyət daşıyır.
Elbrus İsayev Əli Cabbarovun jurnalist fəaliyyətinə də diqqət çəkərək onun müxtəlif vaxtlarda “Şərq qapısı” qəzetində dərc olunan tənqidi satirik məqalələrinin mövzu aktuallığı, publisistik yanaşması və özünəməxsus üslubu ilə seçildiyini bildirib. Qeyd edib ki, bu yazılar Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, eləcə də media sahəsində çalışan qələm adamları üçün faydalı təcrübə mənbəyidir.
Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin Baş redaktoru Rəmzi Tahirli, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov və həmin fakültənin Bələdiyyə və turizm kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova müəllifi yeni nəşrlər münasibətilə təbrik ediblər.
Çıxışlarda bildirilib ki, 11 kitabın, 100-ə yaxın elmi məqalənin, eləcə də “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Şərq qapısı” qəzetlərində dərc olunmuş yüzlərlə publisistik və analitik yazının müəllifi olan Əli Cabbarov uzun illərdir, Naxçıvan Dövlət Universitetində və muxtar respublikanın mətbuatında səmərəli fəaliyyət göstərir. Onun elmi-pedaqoji fəaliyyəti iqtisadiyyat və idarəetmə sahəsində apardığı tədqiqatlarla, publisistik yaradıcılığı isə ictimai-sosial və iqtisadi məsələlərin işıqlandırılması ilə səciyyələnir. Vurğulanıb ki, müəllifin çoxşaxəli fəaliyyəti elmi düşüncənin, maarifçilik ənənələrinin və milli mətbuatın inkişafına verdiyi töhfələrlə əhəmiyyət kəsb edir.
Jurnalistika və rəqəmsal media fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Arı” kitabının ön söz müəllifi İman Cəfərov çıxışında Əli Cabbarovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən bəhs edib. O bildirib ki, müəllifin qələmə aldığı mövzularda elmi təhlil və publisistik yanaşma bir-birini tamamlayır. Yazılar yalnız məlumatlandırma məqsədi daşımır, eyni zamanda oxucuda müxtəlif məsələlər barədə dolğun təsəvvür formalaşdırır. İqtisadi proseslərə, ictimai-sosial məsələlərə və aktual problemlərə münasibətdə müəllifin tədqiqatçı mövqeyi, çatışmazlıqlara tənqidi münasibətlər aydın şəkildə nəzərə çarpır. Faktların təhlili, məntiqi ümumiləşdirmələr və əsaslandırılmış fikirlər onun yazılarının əsas xüsusiyyətlərindəndir. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetindəki pedaqoji fəaliyyəti də Əli Cabbarovun elmi bilik və təcrübəsinin gənc nəslə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, onun yaradıcılığı alim, tədqiqatçı, pedaqoq və jurnalist fəaliyyətinin vəhdətini özündə əks etdirir.
Sonda yeni nəşrlərin müəllifi, dosent Əli Cabbarov tədbirin təşkilinə və kitabların ərsəyə gəlməsinə dəstək göstərənlərə, o cümlədən nəşrin sponsoru “Sirab” şirkətinə təşəkkürünü bildirib. Daha sonra müəllif Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış Kükü kəndindən olan qəhrəmanların – Müşfiq Həsənovun, Novruzəli Quliyevin və Kamran Hüseynovun, həmçinin mərhum professor Hüseyn Həşimlinin ailə üzvlərinə və eləcə də digər tədbir iştirakçılarına yeni kitablarını təqdim edib.
Sonda xatirə şəkilləri çəkilib/https:/serqqapisi.az/
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Viktor Osimhen əməliyyat olunacaq - Klub açıqlama yaydı
Bugün, 21:59 İDMAN
-
Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi - TƏBİB-dən daha bir diqqətçəkən dəyişiklik
Bugün, 21:46 CƏMİYYƏT
-
“Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Bugün, 21:33 PRESS
-
MƏŞHUR OMİD MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ TUTULDU - Səbəb + VİDEOLAR (YENİLƏNİB)
Bugün, 20:24 KRİMİNAL
-
Naxçıvan MR-ın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edildi - Rəsmi qərar verildi
Bugün, 20:18 SİYASƏT
-
PROKUROR TƏHSİL EKSPERTİNƏ HƏBS CƏZASI İSTƏDİ
Bugün, 20:11 GÜNDƏM
-
İcra başçısının dayısı oğlu toyda qəfil vəfat etdi
Bugün, 19:51 CƏMİYYƏT
-
"Netflix"in 10 illik yubileyinə "damğa" vuran daha bir aktrisa... - FOTO
Bugün, 19:50 ŞOU-BİZNES
-
Cəlilabadda "Azərişıq" özbaşınalığı: 220 əvəzinə 160-170 volt, tez-tez kəsilən işıq, xarab olan məişət avadanlıqları...
Bugün, 19:49 CƏMİYYƏT
-
"Eşref Rüya" ilə məşhurlaşan aktrisanın geyimi gündəm oldu - FOTO
Bugün, 19:05 ŞOU-BİZNES
-
Adada ABŞ-ın MQ-1 PUA-sı vurulub
Bugün, 18:16 DÜNYA
-
Prezident və birinci xanım Qarabağda: İlham Əliyev sakinlərlə görüşdü, yeni kənd və obyektlərin açılışı oldu - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 18:01 GÜNDƏM
-
ADPU Şamaxı filialındaş “Şanlı qələbəmizin və milli qürurumuzun təntənəsi” adlı tədbir keçirilib - FOTOLAR
Bugün, 17:55 CƏMİYYƏT
-
Kəlbəcərdəki ceyran heykəlləri: onlar niyə sahibsiz qalıb? - ŞAİR FƏRYAD EDİR
Bugün, 17:27 CƏMİYYƏT
-
Tərtərdə iki nəfəri öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Bugün, 17:13 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azercell İKT sahəsində gələcəyin qadın mütəxəssislərinin inkişafına töhfə verir - FOTOLAR
Bugün, 16:28 CƏMİYYƏT
-
Əmlak sahəsində vətəndaşların ən çox aldadıldığı məsələ hansıdır? - İZAHAT
Bugün, 16:21 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Daha bir xəbərdarlıq
Bugün, 16:12 GÜNDƏM
-
Bakıda yürüşlə bağlı bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq
Bugün, 16:05 CƏMİYYƏT
-
Seçkilərdə uduzan Trampdan İrana təhdid: "Tezliklə öyrənəcəksiniz"
Bugün, 15:58 GÜNDƏM
-
Sergen Yalçın onları yığmaya çaırdı - Kərəm və İrfana qapı göstərildi + SİYAHI
Bugün, 15:53 İDMAN
-
Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq?
Bugün, 15:24 GÜNDƏM
-
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək - Xəbərdarlıq
Bugün, 15:14 GÜNDƏM
-
Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə müzakirə aparıb
Bugün, 15:01 SİYASƏT
-
Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu
Bugün, 14:21 GÜNDƏM
-
Nihat Kahveci canlı yayımda əsəbləşdi: "Boğaram səni..."
Bugün, 14:03 İDMAN
-
Nazir müavnindən dərmanlarla bağlı açıqlama: "Nazirliyi qərarı ilə qeydiyyatdan keçmədən..."
Bugün, 13:45 CƏMİYYƏT
-
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı -Baş Prokurorluq və DİN açıqlama yaydı
Bugün, 13:29 KRİMİNAL
-
DRONLARIN QƏNİMİNƏ ÇEVRİLƏN TÜRKİYƏNİN YENİ SİLAHI: onun hansı imkanları var? - VİDEO
Bugün, 13:09 GÜNDƏM
-
"Netflix"in 10 illik yubileyi: türk aktrisa işəri buraxılmadı - FOTO
Bugün, 13:01 MƏDƏNİYYƏT
-
Gürcüstandaə iki azərbaycanlı qardaş öldürülüb
Bugün, 12:53 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:29 CƏMİYYƏT
-
22 % vergi, oyunçuların isə... - Lotereya və mərc operatorları ilə bağlı dəyşiklik (YENİLƏNİB)
Bugün, 12:17 İQTİSADİYYAT