Kəlbəcərdəki ceyran heykəlləri: onlar niyə sahibsiz qalıb? - ŞAİR FƏRYAD EDİR

Kəlbəcərdəki ceyran heykəlləri: onlar niyə sahibsiz qalıb? - ŞAİR FƏRYAD EDİR

CƏMİYYƏT

Bugün, 17:27

Kəlbəcərdəki ceyran heykəllərinin baş hissələrinin niyə indiyədək bərpa olunmadığı məni düşündürür.

İşğaldan azad edilmiş ərazilərimizin hər yerində düşmənin törətdiyi dağıntıların, vandalizm izlərinin açıq şahidi oluruq. Bu izlər təkcə dağıdılmış evlərdə, yararsız vəziyyətə salınmış tarixi abidələrdə deyil, həm də xalqımızın mədəni irsinin bir parçası olan sənət nümunələrində özünü göstərir.

Şəkildə gördüyünüz ceyran heykəlləri də buna nümunədir. Onların baş hissələrinin sındırılmış vəziyyətdə qalması heç də ürəkaçan mənzərə deyil. Axı biz torpaqlarımızı azad etməklə yanaşı, həmin ərazilərin tarixi və mədəni görkəmini də bərpa etməliyik.

Mən hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, peşəkar heykəltəraşlar və memarlar cəlb olunaraq həmin fiqurların bərpasını həyata keçirməlidirlər. Hətta bu heykəllər əvvəlkindən də gözəl, daha möhtəşəm şəkildə yenidən qurulmalıdır. Əlbəttə, onların ilkin memarlıq və bədii üslubu qorunmaq şərtilə.

Dağıntıların izlərini olduğu kimi saxlamaq deyil, onları aradan qaldırmaq, mədəni irsimizi yenidən yaşatmaq lazımdır.

Kəlbəcər yenidən qurulur. Elə isə onun hər bir guşəsi, hər bir sənət nümunəsi də öz əvvəlki gözəlliyinə qovuşmalıdır. Bu cür mənzərənin olduğu kimi qalmasını düzgün hesab etmirəm!

Səxavət Kəlbəcərli, Şair

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR