Alaattin Çakıcı MHP-nin qərargahında - Dövlət Baxçalı ilə görüş oldu + FOTO

Alaattin Çakıcı MHP-nin qərargahında - Dövlət Baxçalı ilə görüş oldu + FOTO

SİYASƏT

Bugün, 09:00

Türkiyənin kriminal dünyasında böyük ağırlığı olan Alaattin Çakıcı MHP sədri Dövlət Baxçalı ilə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, partiyanın qərargahında MHP liderini ziyarət edərək, ona  bacısı Serpil Baxçalının vəfatı ilə bağlı şəxsən başsağlığı verib, kədərini bölüşüb.

O, görüş barədə belə açıqlama verib: "Bu gün hörmətli sədrimizi qərargahda ziyarət etdim. Əziz bacımızın vəfatı ilə bağlı başsağlığı verdim...".

Xatırladaq ki, mütəşəkkil cinayətkar dəstə lideri olmaq ittihamı ilə 16 il həbs cəzası çəkən Çakıcı 2020-ci ildə cəzadan çıxan kimi də Baxçalıya baş çəkmişdi.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR