ABŞ-da ara seçkilərdə tarixi bir ilk yaşandı

ABŞ-da ara seçkilərdə tarixi bir ilk yaşandı

GÜNDƏM

Bugün, 12:10

ABŞ-da dünən keçirilən, bu gün isə nəticələri elan olunan ara seçkisində daha bir ilk yaşanıb.

Mia.az xarii mətbuata istinadla bildirir ki, Demokrat Partiyasının Nyu-Meksiko qubernatorluğuna namizədi Deb Haaland Trampın lideri olduğu Respublikaçı rəqibi Qreqq Hullu məğlub edərək ABŞ tarixində qubernator seçilən ilk yerli amerikalı qadın ünvanına sahiblənib.

Məlumata görə, Co Bayden administrasiyası dövründə ştatın  Daxili İşlər naziri işləyən və ABŞ kabinetində vəzifə tutan ilk yerli amerikalı olan 65 yaşlı Haaland bu qələbə ilə daha bir ilkə imza atıb

Xatrladaq ki, "Laguna Pueblo" icmasının üzvü olan Haaland 2018-ci ildə Konqresə seçilən ilk iki yerli amerikalı qadından biri, 2021-ci ildə federal kabinetdə xidmət edən ilk yerli amerikalı idi.

Seçki kampaniyası boyunca Haaland yaşayış xərclərinin yüksək olmasına, səhiyyə xidmətinə və uşaqların rifahı sistemindəki problemlərə diqqət yetirib. O, çox aydın şəkildə ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı dirənəcəyini də seçicilərinə dəfələrlə söyləyib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR