Arda Gülər "Fənərbaxça"ya yenə pul qazandırdı

Arda Gülər \"Fənərbaxça\"ya yenə pul qazandırdı

İDMAN

Bugün, 11:33

"Fənərbaxça"dan "Real Madrid"ə keçən Türkiyə milli futbolçusu Arda Gülər ​​keçmiş klubuna hələ də pul qazandırır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Arda İspaniya komandasında 125-ci rəsmi oyununa çıxmaqla, "Fənərbaxça" ilə satış müqaviləsində nəzərdə tutulan son bonusa yol açıb.

Məlumata görə,  "Fənərbaxça"nın Arda Gülərin transferindən əldə etdiyi ümumi gəlir 30 milyon avroya çatıb.

Xatırladaq ki, "Real"ın bazar günü "Racing Santander" matçında 21 yaşlı Arda Gülər 125-ci rəsmi oyununa çıxıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR