Baş idarə rəisinə vaxtından əvvəl xüsusi rütbəsi verilib

Baş idarə rəisinə vaxtından əvvəl xüsusi rütbəsi verilib

CƏMİYYƏT

Bugün, 10:15

Ədliyyə Nazirliyində yüksək vəzifəli şəxsə vaxtından əvvəl xüsusi rütbə verilib.

Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əliyyə Nazirliyinin Notariat, qeydiyyat və reystr baş idarəsinin rəisi Elşad Eldar oğlu Məmmədliyə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Sənəddə qeyd olunur ki, bu yüksək rütbə Elşad Məmmədliyə xidməti vəzifələrini nümunəvi icra etdiyinə və baş idarənin fəaliyyət istiqamətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırma qaydasında verilib.

Eyni zamanda, nazirliyin Maliyyə və təminat idarəsinə əmrin 1-ci bəndinə əsasən müvafiq əlavənin ödənilməsi, İnsan resursları idarəsinə isə məlumatlandırma işlərinin həyata keçirilməsi tapşirılıb/nocomment.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR