Maliyyə Nazirliyi yoxladı və... - XİDMƏT RƏHBƏRİ VƏZİFƏDƏN AZAD OLUNDU

 Maliyyə Nazirliyi yoxladı və... - XİDMƏT RƏHBƏRİ VƏZİFƏDƏN AZAD OLUNDU

CƏMİYYƏT

Bugün, 00:10

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov işdən azad edilib. 

Mia.az "Unikal"a istinadla xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. 

Qeyd edək ki, L.Məmmədov bu vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. 

Xatırladaq ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR