Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifədən azad edildi

 Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifədən azad edildi

CƏMİYYƏT

Bugün, 17:02

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR