"Şəkillərə baxıram, Türkiyəni söyənlər lap qabaqdadır ki..." - Səfirliyin təşkil etdiyi tədbir birmənalı qarşılanmadı

\"Şəkillərə baxıram, Türkiyəni söyənlər lap qabaqdadır ki...\" - Səfirliyin təşkil etdiyi tədbir birmənalı qarşılanmadı

SİYASƏT

29.10.2026, 22:55

Türkiyə Respublikasının milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə adıçəkilən ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunan tədbirə dəvətlilər birmənalı qarşılanmayıb.

Mia.az xəbər verir ki, tədbirə dəvətlilərə etiraz edənlərdən biri də jurnalist Ləman Ələşrəfqızı olub.

O, Feysbuk-da bu barədə yazıb: "Şəkillərə baxıram, Türkiyəni söyənlər lap qabaqdadır ki. Cümhuriyyət günün mübarək, Türkiyə. Jurnalist fəaliyyətim dönəmində hələ bir dəfə də olsun hansısa səfirliyin tədbirinə çağırılmamışam. Nə hikmətdirsə...".

Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü ildönümüdür.

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR