"Azərbaycanın ideoloji kimliyini, suverenliyini, dövlət müstəqilliyini və..." - Zahid Oruc
SİYASƏT
Bugün, 17:50
"Azərbaycan Partiyasının VIII qurultayında və beynəlxalq platformalarda səsləndirdiyi fikirlərin Azərbaycanın milli kimliyinin, ideoloji suverenliyinin və dövlətçilik ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev yalnız siyasi partiyanın sədri kimi deyil, bütün dövlətin və xalqın lideri olaraq gələcəyə yönəlmiş mühüm ideya-siyasi baxışları və mesajları ilə çıxış edir. Onun sözlərinə görə, bu mesajların başlıca istiqamətlərindən biri Azərbaycanın ideoloji kimliyini, suverenliyini, dövlət müstəqilliyini və milli bütövlüyünü qorumaqdır".
Mia.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Deputat qeyd edib ki, müasir dövrdə qlobal güclər və bəzi xarici dairələr tarixi, dini, etnik-milli və siyasi diskurslardan istifadə edərək Azərbaycanın dövlət quruluşuna, milli inkişaf yoluna, cəmiyyətin həyat tərzinə və dünyagörüşünə təsir göstərməyə çalışırlar. Bu baxımdan ölkənin ideoloji suverenliyinin qorunması xüsusi aktuallıq kəsb edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin gələcək quruluşu, Konstitusiyanın əsasları və milli kimliyin müəyyənləşdirilməsi ətrafında müxtəlif yanaşmalar mövcud olub. Bəzi qruplar dini əsaslara söykənən dövlət modelini, digərləri isə fərqli ideoloji və etnik-milli yanaşmaları irəli sürüblər. Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın hazırlanmasına bilavasitə rəhbərlik etməsi və Azərbaycanın dünyəvi dövlət kimi formalaşması ölkənin dövlətçilik modelinin müəyyənləşdirilməsində həlledici rol oynayıb. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti Azərbaycanın milli kimliyinin azərbaycançılıq ideologiyası əsasında möhkəmləndirilməsinə, ölkədə yaşayan bütün xalqların və etnik qrupların hüquq və maraqlarının qorunmasına xidmət edib. Azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşları vahid dövlət və milli məqsədlər ətrafında birləşdirən əsas amilə çevrilib.
Zahid Oruc xatırladıb ki, Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri xalqın milli mənsubiyyətinə və dövlətçilik kimliyinə inamının gücləndirilməsində xüsusi əhəmiyyət daşıyıb. O bildirib ki, Azərbaycanın məğlubiyyət və mürəkkəb ictimai-siyasi proseslər yaşadığı bir dövrdə milli kimliyin bu cür qətiyyətlə önə çəkilməsi böyük siyasi iradə tələb edirdi. Sonrakı illərdə azərbaycançılıq ideologiyası dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib, təhsil sistemində, dərsliklərdə, qanunvericilikdə, ictimai həyatda və dövlət idarəçiliyində öz əksini tapıb. Ölkədə müxtəlif etnik mənsubiyyətli vətəndaşların ordu, idarəetmə, siyasət və parlamentdə təmsil olunması milli birliyin qorunmasının vacib göstəricilərindəndir. Prezident İlham Əliyevin qalibiyyətdən sonra milli kimlik və ideoloji suverenlik məsələlərinə xüsusi diqqət yetirməsi yeni tarixi mərhələnin tələbləri ilə bağlıdır. Deputatın fikrincə, təhsil sistemi və gənclər bu istiqamətdə mühüm rol oynayırlar. Çünki müasir dövrdə ideoloji mübarizə yalnız hərbi meydanla məhdudlaşmır, informasiya məkanı və süni intellekt texnologiyalarının inkişafı ilə daha sürətli və mürəkkəb xarakter alır. Dini, etnik-milli və digər kimliklər üzərindən cəmiyyətdə parçalanma yaratmaq cəhdlərinə qarşı Azərbaycanın dünyəvi dövlətçilik modeli, milli birlik və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir. O vurğulayıb ki, Azərbaycanın dövlətçilik ənənələri hər hansı xarici təsirin diktəsi ilə deyil, xalqın tarixi təcrübəsi, milli maraqları və suveren seçimləri əsasında inkişaf etməlidir. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın tarixi yaddaşında yeni mərhələnin başlanğıcı olub. Əvvəllər işğal və faciələrlə assosiasiya edilən bir sıra tarixlər bu gün azadlıq, qələbə və quruculuq rəmzləri kimi qeyd olunur. Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərinin azad edilməsi ilə bağlı tarixlərin xüsusi günlər kimi qeyd olunması xalqın qalibiyyət yaddaşının formalaşmasının nümunəsidir. Azərbaycan xalqının qələbə kimliyi və azərbaycançılıq ideologiyası ətrafında birləşməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Tarixi keçmişin təhrif edilməsi, milli kimliyin zəiflədilməsi, dilə və dövlətçilik ənənələrinə qarşı yönələn cəhdlərə qarşı elmi, maarifləndirici və strateji proqramların gücləndirilməsi zəruridir.
Deputat vurğulayıb ki, Azərbaycanın müasir inkişaf mərhələsində əsas vəzifələrdən biri ideoloji suverenliyi və milli bütövlüyü qorumaq, gənc nəslə dövlətçilik dəyərlərini aşılamaq, cəmiyyəti vahid milli ideya ətrafında birləşdirməkdir. Onun fikrincə, ölkənin müstəqil inkişaf yolunun qorunması və informasiya məkanında yayılan saxta məlumatlara qarşı dayanıqlı mövqe nümayiş etdirilməsi hər bir vətəndaşın məsuliyyətidir. Azərbaycan öz tarixi, dili, mədəniyyəti və milli kimliyi ilə müstəqil dövlət kimi inkişaf edir. Bu prosesdə azərbaycançılıq ideologiyası, Zəfərdən irəli gələn milli özünəinam və dövlət suverenliyinə sədaqət cəmiyyətin birliyini möhkəmləndirən başlıca amillərdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kapadokiyada peri bacası çöküb - 3 nəfər ölüb + FOTOLAR
Bugün, 20:13 DÜNYA
-
Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb - FOTOLAR
Bugün, 19:56 MƏDƏNİYYƏT
-
Xalq artisti Zaur Rzayev vəfat edib
Bugün, 18:56 MƏDƏNİYYƏT
-
Avropa Mərkəzi Bankı da faiz qərarını açıqladı
Bugün, 18:05 İQTİSADİYYAT
-
"Azərbaycanın ideoloji kimliyini, suverenliyini, dövlət müstəqilliyini və..." - Zahid Oruc
Bugün, 17:50 SİYASƏT
-
Bir vaxtlar tənqid etdiyi futbolçular zənginə cavab vermir - Sergen Yalçın çıxılmaz vəziyyətə düşüb
Bugün, 17:33 İDMAN
-
Prezident İlham Əliyev: "Xəbər bizi son dərəcə kədərləndirdi"
Bugün, 17:31 GÜNDƏM
-
İran Prezidenti: "Qonşu ölkələrlə birgə bölgəmizin təhlükəsizliyini təmin edə bilərik"
Bugün, 17:22 DÜNYA
-
AAYDA-da Kamran Kərimbəyova yeni vəzifə verilib
Bugün, 17:22 CƏMİYYƏT
-
İsraildə seçki: səslərin 93 faizindən çoxu sayılıb - Ərəb partiyaları tarix yazdı
Bugün, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ceyranbatanda şagirdlər kütləvi zəhərlənib
Bugün, 16:50 CƏMİYYƏT
-
REAL TV-nin ƏMƏKDAŞINI DÖYƏN 3 NƏFƏR TUTULUB
Bugün, 16:29 GÜNDƏM
-
Ərdoğan Mirziyoyevlə görüşdü - Ankarada
Bugün, 16:17 GÜNDƏM
-
Azərbaycanı TDT-nin Zirvə görüşündə XİN başçısı təmsil edəcək
Bugün, 16:07 GÜNDƏM
-
"TRAMPI CİLOVLAMALIYIQ, YOXSA..." - Obama seçki mitinqinə qatıldı, hazırkı hökumət üzvlərini qeyri-ciddi saydı, mühüm mesajlar verdi
Bugün, 15:55 GÜNDƏM
-
Nazir Vilayət Eyvazov rəisləri topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Bugün, 15:42 GÜNDƏM
-
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi - Yerinə iki namizəd var
Bugün, 15:36 İQTİSADİYYAT
-
Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
Bugün, 15:09 GÜNDƏM
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 15:02 GÜNDƏM
-
"O, gedərsə, gələrəm" - Məşqçi "Fənərbaxça"ya şərt qoydu
Bugün, 14:54 İDMAN
-
Kartdan-karta köçürmələrdə niyə limit qoyulub? - Mərkəzi Bankın sədri səbəbi açıqladı
Bugün, 14:34 İQTİSADİYYAT
-
Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı
Bugün, 14:19 YAZARLAR
-
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Ankarada + FOTO (YENİLƏNİB)
Bugün, 14:15 SİYASƏT
-
"Korkut Ata" Türk Dünyası Film Festivalı - Azərbaycan üç filmlə təmsil olunacaq
Bugün, 14:07 MƏDƏNİYYƏT
-
REAL TV ilə Bakı Təhsil İdarəsi arasında gərginlik böyüyür
Bugün, 13:49 CƏMİYYƏT
-
Mətbuat Şurası: "Jurnalistlərə fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir"
Bugün, 13:20 PRESS
-
Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı, sonra sildi, daha sonra fərqli paylaşdı
Bugün, 12:43 SİYASƏT
-
Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu "Fənərbaxça"nın başına gətirmək istəyir
Bugün, 12:43 İDMAN
-
Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq
Bugün, 12:30 CƏMİYYƏT
-
Ceyhun Bayramov Ankarada: "2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi..."
Bugün, 12:15 SİYASƏT
-
Partiya sədri canlı yayımda bəyan etdi: "Özümü yandıracağam"
Bugün, 12:13 SİYASƏT
-
Məmurlara xidməti maşından şəxsi maraqlar üçün istifadə qadağan olunur
Bugün, 12:10 GÜNDƏM
-
Professor Adilə Abbasova vəfat edib
Bugün, 12:02 CƏMİYYƏT