Ərdoğanla Tramp telefonla danışdı: Məkkə sazişi, Yəmən, Hörmüz boğazı, Ukrayna və TDT... - Nələr müzakiirə olunub?

Ərdoğanla Tramp telefonla danışdı: Məkkə sazişi, Yəmən, Hörmüz boğazı, Ukrayna və TDT... - Nələr müzakiirə olunub?

GÜNDƏM

Bugün, 00:11

Bu gün Türkiyə prezidenti Ərdoğanla ABŞ Prezidenti Tramp arasında telefonla danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal mövzulıar ətrafında müzakirə aparıblar.

Prezident Ərdoğan bildirib ki, gələn il 100 illiyini qeyd edəcək Türkiyə ilə ABŞ arasında münasibətləri idaha da irəli aparmağı və bütün sahələrdə əməkdaşlığı sürətləndirməyi mühüm sayıb.

Ərdoğan daha sonra Pakistan və Səudiyyə Ərəbistanla birgə imzaladıqları "Məkkə Birgə Müdafiə İttifaqı"ndan söz açıb və qeyd edib ki, mütəffiq ölkələr olaraq Hörmüz boğazı və Yəməndəki toqquşmaları çox yaxından izləyirlər: "Biz bütün imkanlarımızla böhranı diplomatik yolla həll etməyə çalışırıq".

Ərdoğan daha sonra Türkiyənin Ukrayna ilə Rusiya arasında diplomatik əlaqələrin bərpası və bu yolla müharibəyə son qoymaq üçün səylərini artırdığını deyib.

ABŞ Prezidenti Tramp isə Prezident Ərdoğanı və türk xalqını 29 Oktyabr Respublika Günü münasibətilə təbrik edib. O, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının uğurla keçməsini arzulayıb.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR