Ərdoğan Qazaxıstan prezidentini Ankarada belə qarşıladı - FOTOLAR

Ərdoğan Qazaxıstan prezidentini Ankarada belə qarşıladı - FOTOLAR

GÜNDƏM

Bugün, 21:36

Bu gün Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan  Tokayevi Ankara Hava Limanında qarşılayıb və ikiölkə liderləri hava limanında qısa görüş keçiriblər.

Daha sonra Tokayevin Prezident Kompleksində rəsmi qarşılanma mərasimi keçirilib.

Süvari dəstələr Tokayevin rəsmi avtomobilini Prezident Kompleksinin qarşısındakı küçədə qarşılayıb, onu protokol qapısına qədər müşayiət ediblər.

Prezident Ərdoğan Tokayevi Prezident Sarayının əsas girişində qarşılayıb.

Qarşılaşma mərasimdə tarix boyu qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də nümayiş etdirilib və 21 top atəşi açılıb.

Məlumatda deyilir ki, ikitərəfli və nümayəndə heyəti səviyyəsində görüşdən sonra Ərdoğan Tokayevin şərəfinə rəsmi şam yeməyi verəcək.

Görüşdə Xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezident Aparatının kommunikasiya direktoru Burhanəddin Duran, Prezident Administrasiyasının rəhbəri, Prezident Administrasiyasının rəhbəri Hasan Doğan, Prezident Administrasiyasının Baş katibi Hasan Doğan, Sənaye direktoru Haluk Görgün, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Sərvət Fondunun baş direktoru Səlim Arda Ermut, AK Partiya sədr müavini və Türk dövlətləri ilə əlaqələr şöbəsinin rəhbəri Kürşad Zorlu, Ankara valisi Yakup Canbolat və Türkiyənin Astandakı səfiri Mustafaa Kapucu iştirak ediblər.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR