Azərbaycan Məkkə Konvensiyasına qoşulub

Azərbaycan Məkkə Konvensiyasına qoşulub

GÜNDƏM

Bugün, 16:55

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasına qoşulub.

Mia.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev açıqlama verib.

Onun sözlərinə görə, Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib:

"Azərbaycan artıq korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konversiyasına qoşuldu. Yaxın zamanda bu konversiya ratifikasiya olunacaq. Bu konversiyanın müddəalarının Azərbaycan qanunvericiliyi çərcivəsində impelementasiyası həyata keçiriləcək. Azərbaycanın bu konversiyasına məhz indi qoşulması çox böyük əhəmiyyət kəsb edir. Növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcək. Bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya mübarizə sahəsində İƏT-ə üzv olan bütün dövlətlərlə əməkdaşlıq olacaq”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR