Rusiya "Starlink"ə bənzər peyk internet sistemi hazırlayır - Putin "Mask əsl dahidir, onun orbitdə neçə peyki var?!" dedi 

Rusiya \"Starlink\"ə bənzər peyk internet sistemi hazırlayır - Putin \"Mask əsl dahidir, onun orbitdə neçə peyki var?!\" dedi 

GÜNDƏM

Bugün, 00:03

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Rusiya-Afrika Zirvəsi çərçivəsində ABŞ-la kosmik sahədə əməkdaşlıq etdiklərini açıqlayıb.

Mia.az Rusiya mətuatına istinadla bildirir ki, o, ABŞ-la siyasi fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonla əməkdaşlığı davam etdirdiklərini deyib.

Onun sözlərinə görə, ABŞ-la xüsusiylə peyk sahəsində əməkdaşlıqları vacibdir: "Cənab Mask da daxil olmaqla, amerikalı tərəfdaşlarımızla sıx əlaqədəyik. Çünki orbitdə bir-birimizə mane olmamaq, müəyyən nizam-intizamı və qaydanı qorumaq çox vacibdir. Bu məqsədlə Rusiya Kosmik Agentliyi (Roskosmos) və digər Rusiya şirkətləri ABŞ tərəfdaşları ilə işləyir. Sizə deyə bilərəm ki, Rusiya peykdən inetrent təminatı yaradan "Starlink"ə bənzər "Rassvet" (Şəfəq) adlı  peyk sistemi hazırlayır. Əlbəttə, Elon Mask əsl dahidir. Onun orbitdə neçə peyki var?! 5000-dən çox. Biz hələ ilk addımlarımızı atırıq".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR