Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
GÜNDƏM
28.10.2026, 20:29
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə "Həmdan-ICESCO" mükafatına layiq görüldüyü xatırlanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.
Bu baxımdan Heydər Əliyev Fondu ilə ICESCO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o cümlədən Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində layihələrə dair 2025-ci ildə imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.
Görüşdən sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrdən biri "Natəvan Mədəni İrs Mükafatı"nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatının keçirilməsi ilə bağlıdır. Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı" maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək məqsədi daşıyır.
Yeni saziş üzrə əməkdaşlığın digər istiqaməti "Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh" adlı regional layihənin həyata keçirilməsidir. Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d"İvuarı əhatə edəcək layihə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni irsin qorunması, institusional və peşəkar potensialın gücləndirilməsi, habelə gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.
Həmçinin 2025-ci ildə Bakıda təqdimatı olmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əldə olunan nəticələrin müzakirəsi və İslam dünyası ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qızı "İnstagram"da yarıçılpaq şəkillərini paylaşdı, baş məşqçi hirsləndi: "Dərhal sil!" - FOTOLAR
Bugün, 00:25 İDMAN
-
Özgür Özəl: "Mansur Yavaşa güvənimiz var, dialoq halındayıq"
Bugün, 00:14 SİYASƏT
-
Ərdoğanla Tramp telefonla danışdı: Məkkə sazişi, Yəmən, Hörmüz boğazı, Ukrayna və TDT... - Nələr müzakiirə olunub?
Bugün, 00:11 GÜNDƏM
-
Rusiya "Starlink"ə bənzər peyk internet sistemi hazırlayır - Putin "Mask əsl dahidir, onun orbitdə neçə peyki var?!" dedi
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
FED faiz dərəcəsi barədə qərar verdi
28.10.2026, 23:06 İQTİSADİYYAT
-
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
28.10.2026, 22:38 GÜNDƏM
-
Ərdoğan Qazaxıstan prezidentini Ankarada belə qarşıladı - FOTOLAR
28.10.2026, 21:36 GÜNDƏM
-
Şəmkirdə 67 yaşlı kişi bıçaqlanıb
28.10.2026, 20:33 KRİMİNAL
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
28.10.2026, 20:29 GÜNDƏM
-
Yeni nazirdən ilk dəyişiklik - Mətbuat katibi vəzifədən kənarlaşdırıldı
28.10.2026, 19:44 PRESS
-
İspaniyada sürət qatarları toqquşub: 68 nəfər ölüb, 500-dək yaralı var (YENİLƏNİB)
28.10.2026, 18:50 DÜNYA
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
28.10.2026, 18:44 MƏDƏNİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
28.10.2026, 18:01 İQTİSADİYYAT
-
Azərbaycan Kubokunun növbəti oyunları keçirilib
28.10.2026, 17:58 İDMAN
-
Derbidə əlbəyaxa dava - "Qalatasaray" və "Fənərbaxça" futbolçularını ağır cəzalar gözləyir
28.10.2026, 17:33 İDMAN
-
İpoteka kreditləri ilə bağlı qayda dəyişdi
28.10.2026, 17:33 İQTİSADİYYAT
-
Belqradda İsrail səfirliyinə hücum: iki nəfər öldürüldü - "Bu, terrordur"
28.10.2026, 17:19 GÜNDƏM
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifədən azad edildi
28.10.2026, 17:02 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
28.10.2026, 17:01 İQTİSADİYYAT
-
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
28.10.2026, 16:55 GÜNDƏM
-
Prezident İlham Əliyev Maliyyə Nazirliyi haqqında fərman imzaladı - Əsasnamə dəyişdi
28.10.2026, 16:23 GÜNDƏM
-
Prezident "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" haqqında fərman imzalayıb - DƏYİŞİKLİK
28.10.2026, 16:17 GÜNDƏM
-
AFFA BU KLUBLARI CƏZALANDIRDI
28.10.2026, 16:03 İDMAN
-
Keçmiş arvadı və iki oğlu tutulan, özü haqqında isə şok iddialar yayılan deputat partiyadan uzaqlaşdırıldı
28.10.2026, 15:45 SİYASƏT
-
İsrail seçki: bu, Azərbaycan, Türkiyə və ya bölgəyə nə vəd edir? - TƏHLİL
28.10.2026, 15:35 SİYASƏT
-
Bloger evində ölü tapıldı - Son paylaşımı nə olub?
28.10.2026, 15:22 PRESS
-
UKRAYNA LİDERİ PUTİNLƏ GÖRÜŞMƏK ÜÇÜN VASİTƏÇİLƏRƏ "AĞIZ AÇIB? - Kremldən yayılan xəbərə reaksiya: "Əgər görüşmək istəyirsə..."
28.10.2026, 15:16 GÜNDƏM
-
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
28.10.2026, 15:02 SİYASƏT
-
Mətbuat Şurasnın İdarə Heyətinin keçmiş üzvü 2 manata çörək aldı, gördüyünə inanmadı - FOTOLAR
28.10.2026, 14:37 İQTİSADİYYAT
-
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28.10.2026, 14:13 KRİMİNAL
-
Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılacaq
28.10.2026, 14:07 İQTİSADİYYAT
-
VƏZİFƏLİ ŞƏXSLƏRƏ HANSI QADAĞALAR QOYULACAQ - Yeni qanun layihəsi Milli Məclisdə (YENİLƏNB)
28.10.2026, 13:31 GÜNDƏM
-
Bakıda məktəbli 4-cü mərtəbədən yıxılaraq ölüb
28.10.2026, 13:27 KRİMİNAL