İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur

İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur

YAZARLAR

Bugün, 09:51

ŞAHİN CƏFƏRLİ

***

İsrail seçkilərinin ilk nəticələri bəlli olub.

Mövcud koalisiya, yəni Netanyahu hökumətinə daxil olan partiyalar çoxluğu itirir. Şübhəsiz ki, gecənin ən vacib siyasi yekunu budur. Amma sionist müxalifət də kabinet formalaşdırmaq üçün lazım olan 61 yer qazana bilmir. (Knesset 120 millət vəkilindən ibarətdir).

Ərəb partiyaları səslərini ciddi artıraraq ümumilikdə 16-18 arası mandat əldə edir. Ərəb seçicilər səsvermədə çox yüksək fəallıq göstərərkən Netanyahunun müttəfiqi olan ultraortodoks elektorat entuziazm nümayiş etdirməyib.

Ortaya çıxan tabloda sionist müxalifət ərəblərin dəstəyi ilə hökumət qura bilər, arifmetika buna imkan verir. Yaxın keçmişdə belə bir təcrübə də var - Mansur Abbasın kənardan dəstəyi ilə qurulan Bennet-Lapid azlıq hökuməti. Lakin bu tip konfiqurasiya adətən stabil, iş qabiliyyətli, uzunmüddətli olmur: arifmetik hesabların uyğunluğu siyasi hesabların da üst-üstə düşəcəgi anlamına gəlməz.

Başqa bir nəzəri ehtimal da var - müxalifətin Netanyahu ilə anlaşması və "milli birlik hökuməti" (Netanyahu - Ayzenkot) qurulması. Lakin praktikada bu modeli reallaşdırmaq çox mürəkkəb vəzifədir.

Yeni hökuməti qurmaq mümkün olmasa, nə baş verəcək? Ölkə bir müddət sonra erkən seçkilərə gedəcək və aralıq dövrdə Netanyahu hakimiyyətdə qalmağa davam edəcək. Lakin müxalifət ən azı yeni seçkilərə qədər Knessetdə sədrliyi və daimi komissiyaların rəhbərliyini əldə edib, təşəbbüsü ələ keçirə və Netanyahunu ciddi şəkildə sıxışdıra bilər.

İsrail siyasəti və toplumundakı bölünmə və qütbləşmə ölkədə uzunmüddətli siyasi stabilliyi qeyri-mümkün edir.

P.S. Yazı üməllifinfeysbuk hesabında paylaşılıb.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR