Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxudu - MƏTN
GÜNDƏM
Bugün, 10:25
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, mətni Baş prokuror Kamran Əliyev oxuyub.
Müraciətdə deyilir:
"Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasında salamlayıram.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir.
Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir. Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası" bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır.
Torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərimizin, o cümlədən faydalı qazıntı yataqlarımızın xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurmuşdur. Bu cinayətlər nəticəsində əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılmışdır.
Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır. Müvafiq hüquq mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, Bakıda aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın daha da güclənməsinə, etimadın möhkəmlənməsinə və ölkələrimizin dayanıqlı inkişafına xidmət edəcəkdir.
İclasın işinə uğurlar arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
Bugün, 11:31 GÜNDƏM
-
Prezident İlham Əliyev Çexiya liderinə məktubu ünvanlayıb - MƏTN
Bugün, 11:16 GÜNDƏM
-
"Salako"dakı "Şaban"ın "Əminəsi"... - İllər sonra görənlər tanıya bilmədi + FOTOLAR
Bugün, 11:04 MƏDƏNİYYƏT
-
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - İşçini sığortasız işlədiblər
Bugün, 11:04 İQTİSADİYYAT
-
Daxili işlər naziri Gəncədə növbəti vətəndaş qəbulu keçirəcək
Bugün, 10:47 CƏMİYYƏT
-
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxudu - MƏTN
Bugün, 10:25 GÜNDƏM
-
Aparıcı efirdə drona təpik atdi - Model xəstəxanalıq oldu (FOTO)
Bugün, 10:22 PRESS
-
Şagirdlərin elektron yerdəyişməsinə start verilir
Bugün, 10:09 CƏMİYYƏT
-
Nigeriyada namaz zamanı qətliam: 62 nəfər öldürüldü, xeyli yaralı var
Bugün, 10:09 DÜNYA
-
"İRANLA MÜHARİBƏ TEZLİKLƏ BİTƏCƏK" - Donald Tramp neftin qiymətinin sürətlə enəcəyini də deyir
Bugün, 10:00 GÜNDƏM
-
İsrail seçkilərinin ilk nəticələri: məğlub var, qalib yoxdur
Bugün, 09:51 YAZARLAR
-
Tramp bu ölkəni işğal etmək istəyir: "Tezliklə 51-ci ştatımız olacaq"
Bugün, 09:50 DÜNYA
-
Ramiz Mehdiyevin topdağıtmaz sərvəti - Əmlaklarının siyahısı yayıldı
Bugün, 09:32 SİYASƏT
-
Azərbaycan neftinin qiyməti 5 dollar ucuzlaşdı
Bugün, 09:22 İQTİSADİYYAT
-
"Biz vəzifəyə deyil, çempionluğa iddialıyıq" - "Montella bu işi bacarmaz"
Bugün, 09:00 İDMAN
-
İSRAİLDƏ TARİXİ SEÇKİ - Hansı qüvvə neçə mandat qazanır? - İlkin nəticələr (YENİLƏNİB)
Bugün, 08:57 GÜNDƏM
-
İsmayıl Kartalı kim əvəzləyəcək? - Üç namizədin adı hallanır
Bugün, 00:09 İDMAN
-
ÇİN DÖVLƏTİNİN QURUCUSUNA "DİKTATOR" DEDİ, ORTALIQ QARIŞDI - Futbolçu geri addım atdı, ancaq...
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Naxçıvanda 16 yaşlı uşaq bıçaqla vurulub
27.10.2026, 22:09 GÜNDƏM
-
"Fənərbaxça"nın baş məşqçisi istefa ərizəsi yazdı (Yenilənib)
27.10.2026, 21:16 İDMAN
-
"WhatsApp" və "WhatsApp Business" istifadəçilərinə rəsmi xəbərdarlıq: "Ələ keçirilmə riski var!"
27.10.2026, 21:07 GÜNDƏM
-
RAMİZ MEHDİYEVƏ HÖKM OXUNDU: 14 il həbs, əmlakların müsadirəsi, dövlət təltiflərindən məhrumedilmə...
27.10.2026, 20:46 SİYASƏT
-
Prezident Dialoq Forumunun açılış mərasimində yeni mesajlar verdi - ÇIXIŞIN TAM MƏTNİ + FOTOLAR
27.10.2026, 19:59 GÜNDƏM
-
TƏBİB-in yeni rəhbəri bəlli oldu - Bahadur Rzayev kimdir?
27.10.2026, 19:57 CƏMİYYƏT
-
Adil Kərimli Tacikistanın mədəniyyət naziri ilə müzakirə aparıb
27.10.2026, 19:20 MƏDƏNİYYƏT
-
Sabiq Baş konsul hakim qarşısına çıxarıldı - Sultan Qasımov özünü təqsirli bilmədi
27.10.2026, 18:22 SİYASƏT
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların da qəbul günləri açıqlandı + CƏDVƏL
27.10.2026, 18:05 GÜNDƏM
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: 11 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
27.10.2026, 17:52 GÜNDƏM
-
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO
27.10.2026, 17:37 GÜNDƏM
-
İsraildə parlament seçkiləri davam edir: 1973-dən bəri bir ilk yaşanır - Ərəb seçicilər fəallıq edir
27.10.2026, 17:23 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.10.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılacaq
27.10.2026, 16:56 MƏDƏNİYYƏT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
27.10.2026, 16:51 GÜNDƏM