“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?" - Məleykə Abbaszadə
CƏMİYYƏT
Bugün, 17:20
“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi? Bu sualın cavabı düşündüyümüz qədər sadə deyil. Dövlət İmtahan Mərkəzinin (DİM) psixoloqları tərəfindən 2026-cı ilin buraxılış imtahanlarından sonra aparılan araşdırmada diqqətimi çəkən məqamlardan biri də gənclərin ixtisas seçiminə təsir edən amillərlə bağlı oldu”.
Mia.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə “Facebook” hesabında yazıb.
Onu sözlərinə görə, sorğuda iştirak edən cari ilin məzunları arasında 3,2% ixtisas seçimində yalnız şəxsi maraqlarını əsas götürüb:
"41,8% şəxsi maraqlarını gələcək karyera, gəlir, status və digər amillərlə əlaqələndirib. 31,2% isə seçimində daha çox xarici amillərə — ailə gözləntilərinə, topladığı balın yaratdığı imkanlara və digər şərtlərə əsaslanıb. 23,4 faizi karyera, status və gəlirlə bağlı daha praqmatik qrupa aid olub.
Əlbəttə, yalnız 3,2%-in şəxsi marağı əsas götürməsi digər gənclərin öz maraqlarını nəzərə almadığı anlamına gəlmir. Əksinə, nəticələr göstərir ki, ixtisas seçimi əksər hallarda bir neçə amilin təsiri altında formalaşır.
Amma araşdırmada daha bir maraqlı məqam var.
İxtisas seçimində daha çox ailəsinin istəklərini və digər xarici şərtləri nəzərə alan gənclər imtahan zamanı daha çox stres və təzyiq hiss etdiklərini, imtahanın isə onlar üçün daha çətin olduğunu bildiriblər.
Bu nəticə bizi başqa bir sual üzərində düşünməyə vadar edir: Biz gənclərə gələcək peşələrini seçməkdə kömək edirik, yoxsa bəzən öz gözləntilərimizi onların seçimlərinə çeviririk?
Valideynlərin övladlarının gələcəyini düşünməsi, onların sabit gəlirli, perspektivli peşəyə yiyələnməsini istəməsi tamamilə təbiidir. Əmək bazarının tələblərini və gələcək imkanları nəzərə almaq da vacibdir.
Ancaq bütün bunların arasında gəncin öz maraqları, qabiliyyətləri və istəkləri arxa plana keçməməlidir.
Çünki ixtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil. Bu, insanın həyatının əhəmiyyətli bir hissəsini hansı sahəyə həsr etmək istədiyi barədə ilk ciddi seçimlərindən biridir.
Məncə, biz gənclərdən “Neçə bal toplamısan?” və “Hansı ixtisasa qəbul olacaqsan?” suallarını soruşduğumuz qədər, “Sən özünü gələcəkdə hansı işdə xoşbəxt hiss edərsən?” sualını da soruşmalıyıq.
Bəlkə də peşə seçiminə dəstək məhz bu sualdan başlamalıdır.
DİM-in psixoloqlarının hazırladığı “Abituriyent imtahanı necə qavrayır?” adlı araşdırmada bu mövzu ilə bağlı digər maraqlı nəticələrlə də tanış olmaq mümkündür”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlayıb
Bugün, 18:09 CƏMİYYƏT
-
Rus turist qadını küçənin ortasında qadınlar döydü
Bugün, 18:02 DÜNYA
-
Sergen Yalçının məşqçilər heyəti bəlli oldu
Bugün, 17:47 İDMAN
-
"Meta" 25 milyard dollar cərimələndi
Bugün, 17:41 PRESS
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Bugün, 17:33 KRİMİNAL
-
Mikayıl Cabbarovdan əmr: Nazirliyin Aparat rəhbərinə yeni müavin təyin olundu
Bugün, 17:29 CƏMİYYƏT
-
“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?" - Məleykə Abbaszadə
Bugün, 17:20 CƏMİYYƏT
-
Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu keçirilib - Nələr müzakirə olunub?
Bugün, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Bolt"la bağlı araşdırma aparılır
Bugün, 16:49 İQTİSADİYYAT
-
Leyla Əliyeva "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksində - FOTOLAR
Bugün, 16:39 MƏDƏNİYYƏT
-
Elşən Babayev vəzifədən azad olunub
Bugün, 16:19 CƏMİYYƏT
-
Nigeriyada 80 milyon uşaq qurğuşundan zəhərlənib
Bugün, 15:52 DÜNYA
-
Şimali Koreya qonşu ölkəni nüvə silah ilə hədələdi: "Dəhşətli vəziyyətlə üzləşırsiniz, ağıllı olun!"
Bugün, 15:24 DÜNYA
-
Mask: "Pul gələcəkdə əhəmiyyətini itirəcək" - "Hətta ən varlı adamlar belə süni İntellekti..."
Bugün, 15:10 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərov Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsini özünə köməkçi götürdü
Bugün, 15:02 SİYASƏT
-
Bakı Dövlət Universitetində yeni Mərkəz yaradılıb
Bugün, 15:00 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
Bugün, 14:46 KRİMİNAL
-
Vüsal Aslanova müavin təyin olunub - Zaur Nağıyevlə bağlı maraqlı məlumatlar
Bugün, 14:24 CƏMİYYƏT
-
"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"
Bugün, 14:02 DÜNYA
-
Zelenski və atəşkəsin qiyməti: taktiki geri çəkilmə, yoxsa gələcək strategiyası? - Üç mümkün ssenari... (TƏHLİL)
Bugün, 13:51 SİYASƏT
-
Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir
Bugün, 13:41 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
Bugün, 13:25 GÜNDƏM
-
"AzerGold"da dəyişiklik - Şöbə müdiri vəzifədən ayrıldı
Bugün, 13:13 İQTİSADİYYAT
-
"Taxt Oyunları"nın məşhur aktyoru İstanbulda: "Gözlərim doldu"
Bugün, 13:05 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev yeni fərman imzaladı - Dəyişiklik
Bugün, 12:53 GÜNDƏM
-
PAŞİNYANDAN SÜLH MESAJI: "Müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq"
Bugün, 12:52 GÜNDƏM
-
SAHİBKARLARA VERGİ GÜZƏŞTİ... - Prezident bir sıra qanunları dəyişdi + Detallar
Bugün, 12:26 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad olunub - SƏRƏNCAM
Bugün, 12:14 GÜNDƏM
-
BU RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam + FOTO
Bugün, 12:10 GÜNDƏM
-
Gürcüstanda jurnalist saxlanıldı
Bugün, 12:05 İDMAN
-
"Şirkətin əsl sahibi Etibar Pirverdiyevin qəzəbinə tuş gəlmişəm" - Məhkəmə qalmaqalı
Bugün, 11:46 CƏMİYYƏT
-
Milli Məclis bəyanat yaydı
Bugün, 11:43 SİYASƏT