Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul "qaçırıb?"

Türkiyədə fond qalmaqalı - Həbs olunan iş adamı Britaniyaya nə qədər pul \"qaçırıb?\"

İQTİSADİYYAT

Bugün, 11:47

Türkiyədə nüfuzlu şəxslərin adının dələduzluqda hallandığı qanunsuz fond əməliyyatları ilə bağlı saxlanılan "Pusula Holdinq" direktoru Serdar Turhan haqqında maraqlı məlumat yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Turhanın "filial şirkətlər" vasitəsilə Böyük Britaniyaya 2,55 milyard TL (77 milyon manat) köçürdüyü üzə çıxıb.

Məlumata əsasən, bundan əlavə Londondakı iki şirkətin hesablarında olan 29,2 milyon funt sterlinq məbləğə giriş bloklanıb: "Britaniya hakimiyyət orqanlarına bildiriş göndərildikdən sonra hesablar dondurulub və pulun Türkiyəyə qaytarılması prosesi başlayıb".

Xatırladaq ki, "Pusula Holdinq"in saxlanılan İdarə Heyətinin sədri Serdar Turhanın 10 iyul - 17 avqust 2026-cı il tarixləri arasında İngiltərədəki PSL Asset Management Limited hesabına 5 ayrı əməliyyatla ümumilikdə 2,55 milyard TL göndərdiyi müəyyənləşib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR