Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR

Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim etdi - FOTOLAR

SİYASƏT

Bugün, 11:52

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Fərmayıl oğlu Məmmədov oktyabrın 23-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, təqdimatı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Zeynal Nağdəliyev təqdimat zamanı çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, O.Məmmədov oktyabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR