İran Hörmüz boğazına 100% nəzarət etdiyini iddia edir: "ABŞ-da benzin qiymətləri niyə bu qədər yüksəlib?"

İran Hörmüz boğazına 100% nəzarət etdiyini iddia edir: \"ABŞ-da benzin qiymətləri niyə bu qədər yüksəlib?\"

DÜNYA

Bugün, 19:54

"Hörmüz boğazı bağlıdır. Heç bir gəmi bizim icazəmiz olmadan oradan keçə bilməz. Əks halda təhlükəsizliyinə zəmanət vermirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran ordusunun Koordinasiya Komandanlığının komandan müavini, kontr-admiral Həbibullah Seyyari dövlət televiziyasına müsahibəsində deyib.

O, ABŞ-ın iddiasının əksinə olaraq, boğaza İranın tam nəzarət etdiyini iddia edib: "İran Silahlı Qüvvələrinin Hörmüz boğazına 100% nəzarət edir. Dediyim kimi, Hörmüz boğazı bağlıdır. Bağlanmasaydı, oradan neft oradan keçərdi və ABŞ-da benzin qiymətləri bu qədər yüksəlməzdi. Bu məsələ son dərəcə aydın və sadədir. Əgər boğazdan hansısa gəmi keçmək istəsə, bu, mütləq İranla razılaşdırılmalıdır. Əks halda vurulacaq".

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR