Saleh Səmədova ağır cəza verildi - Keçmiş "ağsaqqal"a 8 il cəza kəsildi (Yenilənib)

Saleh Səmədova ağır cəza verildi - Keçmiş \"ağsaqqal\"a 8 il cəza kəsildi (Yenilənib)

SİYASƏT

15.10.2026, 15:25

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədova bu gün hökm oxunub.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinib və cəzasını ümumi rejimli cəzaçəkmə çəkəcək.

Hökmdə onun cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə ödədiyi 112 min manatın geri ödənilməsinə də qərar verilib.

Xatırladaq ki, dövlət ittihamçısı Fuad Musayev ona 9 il azadlıqdan məhrumetmə cəzası tələb etmişdi

***

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, pul onun oğlu tərəfindən qaytarılıb.

S.Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilmişdi.

Qalan hissə isə bu gün tam bağlanıb. Bundan əlavə, S.Səmədovun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi (100 min manat) məbləğində dövlət rüsumunu da ödəyib.

Qanunvericiliyə əsasən, mənimsəmə və dələduzluq kimi cinayətlərdə dəymiş ziyan və dövlət rüsumu tam ödənildikdə şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin bu məhkəmə üçün məcburi deyil. Yəni hakim Leyla Əsgərova Məmmədova S.Səmədovu azad edə də bilər, etməyə də. 

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunacaq.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR