Mia.az Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 558 mln 649 min manat olub.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 9,1% artaraq 1 mlrd 150 mln 290 min manat təşkil edib.
Bankın cəmi öhdəlikləri isə illik olaraq 7% artaraq 1 mlrd 363 mln 987 min manata çatıb.
ASC-nin depozit portfelinin həcmi son bir ildə 4,9% artaraq 30 sentyabr tarixinə 1 mlrd 91 mln 268 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 945 mln 746 min manat təşkil edib, şirkətlərin depozitləri isə 14 mln 594 min manat və ya 9,1% azalaraq 145 mln 522 min manata enib.
Cari ilin üçüncü rübünün yekununda “Yelo Bank”ın cəmi kapitalı 194 mln 661 min manat olub ki, bu da illik müqayisədə 14,7% çoxdur. Səhmdar kapitalı 378 mln manat olan bankın 196 mln 420 min manat yığılmış zərəri var.
Sözügedən dövrdə bankın faiz gəlirləri 153 mln 520 min manat, faiz xərcləri 61 mln 296 min manat, qeyr-faiz gəlirləri 6 mln 980 min manat, qeyri-faiz xərcləri isə 66 mln 622 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 6 mln 527 min manat ayırıb və mənfəətindən 4 mln 300 manat vergi ödəyib.
Nəticədə, bank cari ilin ilk 9 ayını 17 mln 256 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəətində 30,4% azalma müşahidə olunub.
Qeyd edək ki, “Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya, 0,96%-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.
Xatırladaq ki, bankın əvvəlki əsas səhmdarı olan “Topaz İnvestment” Azərbaycanlı milyarder Vahid Ələkbərovun nəzarətində idi.