RƏSMİ MOSKVADAN AVROPA İTTİFAQINI QICIQLANDIRACAQ AÇIQLAMA: "ABŞ-a 2-3 həftəyə dizel yanacağı göndəriləcək"

RƏSMİ MOSKVADAN AVROPA İTTİFAQINI QICIQLANDIRACAQ AÇIQLAMA: \"ABŞ-a 2-3 həftəyə dizel yanacağı göndəriləcək\"

İQTİSADİYYAT

Bugün, 14:55

"Rusiya neft şirkətləri ABŞ-a dizel yanacağı daşımağa hazırdı. Donald Trampla rusiya prezidenti arasındakı son razılaşmaya uyğun olaraq, ilk çatdırılmalar rəsmi müqavilələr imzalandıqdan 2-3 həftə sonra baş tuta bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada keçirilən "Rusiya Enerji Həftəsi"ndə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, tədürükün həyata keçirilməsi üçün müqavilə imzalanmalı, yanacaq tankerləri doldurulmalı, gəmi çarterləşdirilməli və daha sonra yola salınmalıdır: "Bütün bunlar üçün təxminən 2-3 həftə çəkir. Buna görə də müqavilələr daha tez imzalanmalıdır. Rusiya neft şirkətləri hər şeyə hazırlıqlıdır. Hazırda kommersiya şərtləri ilə bağlı danışıqlar aparılır."

Novak həmçinin ABŞ-dan başqa digər ölkələrin də Rusiya dizel yanacağı almaq istədiyini deyib: "Rusiya dizel yanacağına dünyada tələbat var. Əlbəttə ki, digər istehlakçılar da maraqlıdır"

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR