Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)

Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)

PRESS

16.10.2026, 12:09

BDU-nun Jurnalistika Fakültəsinin dekanı  Vüqar Zifəroğlu Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.

Mia.az xəbər verir ki, o, səsvermə ilə bu posta layiq görülüb.

Qeyd edək ki, Mətbuat Şurasının bundan əvvəlki sədri Rəşad Məcid olub.

***

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Mia.az xəbər verir ki,  səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

Hacıbəy Heydərli – "Azxeber.com" saytı;

Orxan Amaşov – AnewZ;

Səadət Məmmədova – ATV;

Nurşən Quliyev – APA;

Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;

Elşad Eyvazlı – Modern Media Qrupu;

Seyfəddin Hüseynli – "525-ci qəzet";

Qalib İbrahimoğlu – "Bakivaxti.az" saytı;

Fərid Şahbazlı – "Editor.az" saytı;

Elçin Alıoğlu – "Trend" İA;

Anar Tahirov – "Bizim.media" saytı;

Vəfa Həmzəyeva - Real TV

Elmira Musazadə - CBC

Hümbət Musayev- Xalq qəzetinin baş redaktorunun birinci müavini

Vüqar Zifəroğlu – BDU, Jurnalistika fakültəsi;

Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;

Əminə Yusifqızı – Veteran jurnalist;

Bəhruz Məmmədzadə - "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyi;

Ayaz Mirzəyev - Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi

Fərid Pərdəşünas - Technote Media Şirkəti;

Könül Niftəliyeva – BDU, Jurnalistika fakültəsi

Azər Həsrət – Bayraqdar Media

Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu.

***

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vəzifəsindən gedib.

Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Bildirilib ki, oktyabrın 16-sı saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda ümumilikdə 225 nümayəndə öz iştirakını təsdiqləyib, 13 üzv isə adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.

 Oxu.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, İdarə Heyətinin 13 üzvü uzun illər Mətbuat Şurasının İdarə Heyətində təmsil olunsalar da, bu dəfə öz istəkləri ilə namizədlərin seçki bülleteninə daxil edilməmələrini xahiş ediblər.

 "Mən də həmin üzvlərdən biriyəm. 2003-cü ildə Mətbuat Şurasının ilk qurultayından İdarə Heyətinin üzvüyəm və artıq 23 ildir bu vəzifəni daşıyıram. Mənim kimi uzun illər Şurada fəaliyyət göstərən digər həmkarlarım da var. Bu qərarın əsas məqsədi yeni media nümayəndələrinə, xüsusilə gənclərə yol açmaq, onların Mətbuat Şurasının fəaliyyətində daha fəal təmsil olunmalarına imkan yaratmaqdır. Yeni seçiləcək İdarə Heyətinə uğurlar arzulayıram. Sabah da iclası özüm aparacağam. Mətbuat Şurasına uzun illər xidmət etmiş İdarə Heyəti üzvlərinə də təşəkkürümü bildirirəm", - deyə R. Məcid bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR