İsrail prezidenti Bakıda Çin XİN başçısı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTOLAR

İsrail prezidenti Bakıda Çin XİN başçısı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTOLAR

SİYASƏT

Bugün, 21:12

"Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ilə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı şərçivəsində görüşməkdən məmnun oldum".

Mia.az xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq sosial media hesabında yazıb.

Onun sözlərinə görə, görüşdəi ölkə arasında münasibətlər və Yaxın Şərqdəki vəziyyəti müzakirə olunub, eyni zamanda, İsrail və Çin arasında münasibətlərə, xüsusilə iqtisadi, ticarət, mədəniyyət sahələri ətrafında  əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Hersoq bildirib ki, Çi XİN başçısını İsrailin bölgədə sülh istəməsi və İran və onun "terrorçu proksiləri"ndən gələn təhdidlər barədə ətraflı məlumatlandırıb.

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR