Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb
CƏMİYYƏT
Bugün, 17:06
Ölkənin şimal zonasında, xüsusilə Xaçmaz rayonunda qəhvəyi məxmər bağacıqlarının yenidən kütləvi şəkildə yayılması müşahidə olunur.
Məlumata görə, qeyd olunan zərərvericilər daha çox rayonun Nabran, Seyidlər, Qaracəlli kəndlərində evlərə və təsərrüfat sahələrinə axın ediblər.
Payızın gəlişi ilə evlərin divarlarına, pəncərələrə və müxtəlif əşyalara toplaşan bu həşəratlar sakinlərin narahatlığına səbəb olub. Məxmər bağacığının payız aylarında evlərə axınının əsas səbəbi isə qışlamaq üçün isti və qorunan yerlər axtarmasıdır. Bu həşəratın yetkin fərdləri soyuq havaları keçirmək üçün yaşayış evlərinə, təsərrüfat tikililərinə və digər sığınacaqlara daxil olurlar.
Hazırda şimal bölgəsində aidiyyəti qurumlar tərəfindən məxmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Lakin zərərvericilərin evlərdə də yayılması bu mübarizəni müəyyən qədər çətinləşdirir.
Məxmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı, Xaçmaz Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, bölgədə bu istiqamətdə müvafiq tədbirlər və maarifləndirmə işləri həyata keçirilir:
"Tədbirlər çərçivəsində müxtəlif ərazilərdə xüsusi preparatlarla dezinseksiya işləri həyata keçirilir. Eyni zamanda, yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılır. Qəhvəyi məxmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
Qeyd edək ki, mütəxəssislər qapalı məkanlarda məxmər bağacığına qarşı kimyəvi mübarizə üsullarının tətbiqinin müəyyən çətinliklər yaratdığını vurğulayaraq, bu çərçivədə mexaniki mübarizə üsullarının daha effektiv və təhlükəsiz olduğu qənaətindədirlər. Onların fikrincə, vətəndaşlar da qışlama yerlərində toplanmış, hərəkətsiz və passiv vəziyyətdə olan zərərvericiləri süpürgə, fırça, yaxud da tozsoran vasitəsilə toplayaraq məhv etməyə çalışmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, sakinlərin öz fərdi təsərrüfatlarında və evlərində həyata keçirəcəkləri bu sadə mexaniki mübarizə tədbirləri növbəti mövsümdə kənd təsərrüfatı bitkilərinə dəyəcək zərərin qarşısını indidən almağa imkan verəcək/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İstanbulda yağan leysan... - Göllərdə içməli su ehtiyatı bir gündə bu qədər artdı
Bugün, 18:11 DÜNYA
-
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Bugün, 18:00 GÜNDƏM
-
Rəşad Məcid şura sədrliyindən gedir - Açıqlama
Bugün, 17:49 PRESS
-
Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı
Bugün, 17:43 CƏMİYYƏT
-
Əli Əsədov Cəbrayılla bağlı qərar imzaladı
Bugün, 17:31 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 17:20 İQTİSADİYYAT
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb
Bugün, 17:06 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
TÜRKİYƏ ERKƏN SEÇKİYƏ GEDİR - Ərdoğanın müşaviri tarix açıqladı
Bugün, 16:46 GÜNDƏM
-
BAKI BƏYANNAMƏSİ QƏBUL OLUNDU
Bugün, 16:27 GÜNDƏM
-
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Bugün, 16:20 GÜNDƏM
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - FOTOLAR
Bugün, 16:11 GÜNDƏM
-
Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu geri şəkildi - Mətbuat Şurası İH-yə kimlər namizəddir?
Bugün, 15:47 PRESS
-
İstanbulda güclü yağışa görə ölənlərin sayı artıb - 4 nəfər isə itkin düşüb
Bugün, 15:47 GÜNDƏM
-
Saleh Səmədova ağır cəza verildi - Keçmiş "ağsaqqal"a 8 il cəza kəsildi (Yenilənib)
Bugün, 15:25 SİYASƏT
-
RƏSMİ MOSKVADAN AVROPA İTTİFAQINI QICIQLANDIRACAQ AÇIQLAMA: "ABŞ-a 2-3 həftəyə dizel yanacağı göndəriləcək"
Bugün, 14:55 İQTİSADİYYAT
-
İsrail prezidenti Bakıda: "İsrail regionla əməkdaşlıq üçün bu ailədə mühüm yer tutur"
Bugün, 14:33 SİYASƏT
-
"Yelo Bank” 2026-cı il üzrə maliyyə hesabatını açıqlayıb
Bugün, 14:31 İQTİSADİYYAT
-
Ramiz Mehdiyev və onun keçmiş köməkçisi sabah hakim qarşısına çıxarılacaq
Bugün, 14:15 SİYASƏT
-
BAKIDA MÖHTƏŞƏM TOPLANTI... - Prezident çıxış etdi + FOTOLAR (YENİLƏNİB)
Bugün, 14:10 GÜNDƏM
-
Pakistanda dərs zamanı məktəbin damı çökdü - 27 şagird öldü
Bugün, 14:07 DÜNYA
-
XİN başçısı: "Çİn Azərbaycanın sədrlik missiyasının davam etdirilməsini dəstəkləyir"
Bugün, 13:55 SİYASƏT
-
Prezident: "Separatçıların liderləri üzərində məhkəmə Nürnberq tribunalının analoqu idi"
Bugün, 13:38 GÜNDƏM
-
AB Liderləri Zirvəsi başlayıb - "Qətiyyətimizi qorumalı və hədəflərimizə doğru daha sürətli irəliləməliyik"
Bugün, 13:15 GÜNDƏM
-
Tokayev: "Bakı-Tbilisi-Ceyhan kəməriylə Qazaxıstan neftinin tədarükünü artırmaq niyyətindəyik"
Bugün, 12:58 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
Ermənistan Hindistanla silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir?
Bugün, 12:33 SİYASƏT
-
İlham Əliyev: "Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar"
Bugün, 12:18 GÜNDƏM
-
İlham Əliyev: "Azərbaycan müstəqil xarici siyasət həyata keçirir"
Bugün, 12:07 GÜNDƏM
-
"Rəqəmsal rabitə" informasiya sistemi yaradıldı - Prezident fərman imzaladı + DETALLAR
Bugün, 12:01 GÜNDƏM
-
İstanbuldakı məktəblər sabah da bağlı qalacaq
Bugün, 11:51 DÜNYA
-
Zakir Həsənov MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında - FOTOLAR
Bugün, 11:45 GÜNDƏM
-
İstanbuldakı tarixi məscidi su basdı - FOTOLAR
Bugün, 11:05 DÜNYA
-
Milan Skriniar: "Bu, utancverici idi"
Bugün, 10:49 İDMAN