Həbsdə olan jurnalistlər bəraət istədilər: "Onsuz da bizi elə linç edibsiz ki, buraxsanız belə, evdən çıxa bilməyəcəyik" - Məhkəmə iclası

Həbsdə olan jurnalistlər bəraət istədilər: \"Onsuz da bizi elə linç edibsiz ki, buraxsanız belə, evdən çıxa bilməyəcəyik\" - Məhkəmə iclası

PRESS

Bugün, 15:40

Türkiyədə "Narkotik qəbuletmə, təbliğ və təminetmə" və "zorlama" ittihamları ilə  həbs olunan Habertürk TV-nin məşhur baş redaktoru Mehmet Akif Ersoy da daxil olmaqla, 7 təqsirləndirilən şəxs 10 aydan sonra yenidən məhkəməyə çıxarılıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul 19-cu Ağır Cinayət Məhkəməsində bu gün keçirilən prosesdə gizli şahidlərdən birinin əvvəlki iclasda məhkəmə zalında olduğu məlum olduğu üçün o, ifadədən uzaqlaşdırılıb.

Həbsdə olan təqsirləndirilən şəxslər Mehmet Akif Ersoy və Mustafa Manaz, o cümlədən ev dustaqlığında olan daha 5 jurnalist və zərərçəkmişlər iclasda iştirak ediblər.

İlk çıxış edən zərərçəkmiş Elif Kılınç narkotik testinin mənfi nəticəsni xatırladıb və bəraətini tələb edib: "Burada adları çəkilənlər və ya başqa heç kim tərəfindən qurbana çevrilmədim. Cinsi təcavüzə məruz qalmadım, əgər belə olsaydı, həmin gün şikayət edərdim. Amma bu proses zamanı özüm qurban seçildim, işimi itirdim, sağlamlığımı itirdim. Məni işə götürən Mehmet Akif Ersoy deyildi. Mən heç kimdən şikayətçi deyiləm...".

Zərərçəkmiş qismində ifadə verən Meltem Acet deyib: "52 yaşım var, bütün həyatım bu iddialra görə alt-üst oldu. Adım bu istintaqa uydurma ssenari ilə daxil edilib. Bu işdə nə zərərçəkmişəm, nə də şikayətçi. Amma yaşadıqlarıma görə zərərçəkmişəm, qurbanam, çünki adım bu işdə çəkilir, şübhəli kimi evimdən aparıldım. Şəxsi həyatım, hətta ev ünvanım belə sosial mediada paylaşıldı. Həyatım bir gecədə alt-üst olub. Burada, bu mühitdə olmaq istəmirəm. Maddi və mənəvi itkilər vermişəm. Adımın bu işdən çıxarılmasını və haqqımın bərpasını tələb edirəm. Mən bu prsesdə heç nəyə də  şahid olmamışam. Mehmet Akifin mənim işə düzəlməyimə və ya irəliləməyimə heç bir təsiri olmayıb. Onunla heç bir tanışlığım və ya əlaqəm yoxdur."

Həbsdə olan təqsirləndirilən şəxs Mehmet Akif Ersoy da bəraətini tələb edib:

"Prokurorun iddia etdiyi cinayətlərin heç birinin sübutu yoxdur. Bu, aydındır. Haqqımda da heç kim şikayət etməyib. Keçən iclasda bəzi insanlardan üzr istədim, həmçinin Meltem və Elifdən də üzr istədim, çünki onlar mənim dostlarımdır və yaşadıqlarına səbəbkar sayılıram. Ancaq hamı bilir ki, mən nə bir hörgüt sahibiyəm, nə də kmlərsə qurbanlarımdır. Əksinə, buradakıların hamısı qurbandır. Azadlığa buraxılmağımı tələb edirəm. Adımı internetə yazsanız, böhtan, təhqir və çirkin iddialar görəcəksiniz. Əmin ola bilərsiniz ki, bu vəziyyətdə məni buraxsanız belə, elə linç etdiribsiniz ki, buraxın harasa qaçmağı, heç evimdən çıxa bilməyəcəm. Azadlığa buraxılmağımı və bəraət almağımı tələb edirəm."

Həbsdə olan təqsirləndirilən şəxs Mustafa Manazda özünü günahslız sayır:  "Günahsızlıq prezumpsiyası nəzərə alınmayıb. Bu, məni o qədər ağrıdır ki, buna dözə bilmirəm. Şərəf və ləyaqətim üçün yaşayırdım. Bir şirkətim var idi, indi o, müsadirə olunub və bank hesablarım bloklanıb. Sənəddə konkret heç nə yoxdur, hamısı şayiə və dedi-qodudur. Bunu qəbul edə bilmirəm. Azadlığa buraxılmağımı və bəraət almağımı istəyirəm."

İfadələrdən sonra çıxış edən prokuror təqsirləndirilən şəxslərin həbsinin davam etdirilməsini istəyib. Hakim tələbi qəbuul edib v növbəti proses üçün çatışmayan bəzi sənəd və sübutları istəyib.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR