“FotoBax” Milli Fotomüsabiqəsinə müraciət üçün 3 gün qaldı!

“FotoBax” Milli Fotomüsabiqəsinə müraciət üçün 3 gün qaldı!

PRESS

Bugün, 13:19

Uşaqlar və yeniyetmələr arasında keçirilən “FotoBax” Milli Fotomüsabiqəsinə müraciətlərin başa çatmasına cəmi 3 gün qalıb.

Mia.az xəbər verir ki, dünya şöhrətli fotojurnalist Reza Deqati tərəfindən başladılan müsabiqə IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilir və uşaqları fotoqrafiya vasitəsilə Azərbaycanın təbiətini kəşf etməyə və qorumağa təşviq edir.

Bu il müsabiqənin mövzusu “Təbiəti sevirəm – Azərbaycan”dır. İştirakçılar Azərbaycanın təbii gözəlliklərini, biomüxtəlifliyini, mənzərələrini və ətraf mühitin qorunmasının əhəmiyyətini əks etdirən fotoşəkillər təqdim edə bilərlər.

Müsabiqə 18 yaşadək uşaqlar üçün nəzərdə tutulub. 

Qalibləri xüsusi mükafatlar gözləyir. Onlar fotoaparat əldə etməklə yanaşı, Reza Deqati ilə birgünlük fotoqrafiya təlimində iştirak etmək imkanı qazanacaqlar.

Son müraciət tarixi: 11 oktyabr 2026

İştirak etmək istəyən uşaqlar fotoşəkillərini müsabiqənin rəsmi müraciət səhifəsi vasitəsilə təqdim edə bilərlər:

fotobax.com/upload-form 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR