"Kristal"ın "Park Əcəmi" layihəsində fantastik qiymətlər: 66 kv.metrlik 2 otaqlı mənzil 470 000 manata alıcıya yüklənir - CƏDVƏL
CƏMİYYƏT
08.10.2026, 12:40
Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipotekanın şərtləri heç də bütün hallarda eyni deyil.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, dövlət xətti ilə təqdim olunan ipoteka kreditlərində faiz dərəcələri müəyyən çərçivədə saxlanıldığı halda, özəl şirkətlərin “daxili kredit” adı ilə təklif etdiyi mənzil satışlarında alıcının üzərinə düşən maliyyə yükü daha yüksək ola bilir.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət ipoteka proqramı çərçivəsində güzəştli ipoteka kreditləri illik 4 faiz, adi ipoteka kreditləri isə illik 7-8 faiz dərəcəsi ilə təqdim olunur. Lakin mənzil almağın alternativ yollarından biri olan şirkətlərin “daxili kredit”lə satışlarında faiz və yekun ödəniş məbləği fərqli hesablanır. Bu isə ilkin baxışda bank ipotekasına bənzəyən şərtlərin əslində alıcı üçün daha baha başa gəlməsinə səbəb ola bilər.
Məsələn, ölkənin aparıcı şirkətlərindən biri olan “Kristal” şirkətinin “daxili kredit” adı ilə təklif etdiyi satış şərtləridə mənzil üçün ödəniləcək yekun məbləğ onun ümumi dəyərindən dəfələrlə çox olur.
Hazırda “Kristal” şirkətinin Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən “Park Əcəmi” yaşayış kompleksində satılan 66 kvadrat metr sahəsi olan 2 otaqlı mənzilin ümumi dəyəri 207 min 239 manat təşkil edir. Əgər bu mənzili 30% ilkin ödənişlə (62 172 manat) və 20 il (240 ay) müddətinə “daxili kredit” şərtləri ilə satın alsaq, yekunda ödəyəcəyimiz məbləğ 470 min 172 manat olacaq.
Göründüyü kimi, “daxili kredit” şərtilə satın alınan mənzil üçün ödənilən məbləğ dəyərindən təxminən 2,3 dəfə çox olacaq.
Eyni mənzili dövlət tərəfindən verilən ipoteka krediti ilə alsaq, mənzil üçün ödəyəcəyimiz yekun məbləğ 335 min manat olacaq.
Onu da bildirək ki, eyni göstəricilərə malik mənzilləri qeyd olunan ərazidə daha ucuz qiymətə satın almaq mümkündür. Məsələn, hazırda Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən və yeni tikilən yaşayış binalarında satılan 55-65 kvadrat metr sahələri olan 2 otaqlı mənzillər 150-180 min manata təklif olunurlar.
Xatırladaq ki, "Kristal" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Şirkətin adı tez-tez heç bir komfortu olmayan mənzillərin qiymətini bir neçə dəfə şişirtməklə satmaq və eyni zamanda, yeni binaların inşası zamanı sökdüyü evlərə kompensasiyanı az vermək və başqa qalmaqallı hadisələrdə hallanır. Hətta bu yaxınlarda müğənilərdən biri bu şirkətin rəhbər şəxslərindən biri haqda səs-küylü açıqlama vermişdi...
Onu da bildirək ki, "Kristal" camaatı yükləmək üçün bir TV və saytların gücündən də "reklam pərdəsi" altında yaxşı istifadə edir.
Şirkətin bu və ya digər fəaliyyəti barədə araşdırmamız olacaq.
F.ƏHMƏD
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xətaidə qanunsuz obyekt tikilir? - VİDEO
Bugün, 00:07 CƏMİYYƏT
-
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
09.11.2026, 22:01 SİYASƏT
-
Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"
09.11.2026, 20:10 SİYASƏT
-
Mehriban Əliyeva: “Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26”
09.11.2026, 19:42 GÜNDƏM
-
Elza Seyidcahan: "Onların pulları ancaq bədən doğratdırmağa gedir"
09.11.2026, 18:08 MƏDƏNİYYƏT
-
Noyabrın 9-dan 15-dək üç bürc sərvət və uğur qazanacaq
09.11.2026, 17:15 CƏMİYYƏT
-
Prezident səfirlə bağlı sərəncam imzaladı
09.11.2026, 16:20 GÜNDƏM
-
Bakıda ağac maşının üzərinə aşıb
09.11.2026, 16:07 CƏMİYYƏT
-
"Bank Respublika"nın imtiyazlı səhmləri: onu kimlər aldı? - Yeni gedişat Azərbaycan və onun bank sektoruna nə vəd edir?
09.11.2026, 15:45 İQTİSADİYYAT
-
Ərdoğan Trampla telefon danışığı haqda suala belə cavab verdi: "Üçurumun kənarındayıq"
09.11.2026, 15:40 GÜNDƏM
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
09.11.2026, 15:15 GÜNDƏM
-
İzmirdə fabrikdə partlayış: 3 nəfər ölüb, 10 nəfər dağıntılar altında qalıb
09.11.2026, 15:03 DÜNYA
-
Mingəçevirdə qazi bıçaqlandı
09.11.2026, 14:21 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
09.11.2026, 12:30 CƏMİYYƏT
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09.11.2026, 11:04 GÜNDƏM
-
İlham Əliyev Kamboca Kralına məktub ünvanlayıb -MƏTN
09.11.2026, 10:59 GÜNDƏM
-
"Ya da müharibəni, ya cəhənnəmi seçin" - İran XİN başçısından ABŞ-a açıq xəbərdarlıq
09.11.2026, 10:23 DÜNYA
-
Mehriban Əliyeva: "Qoy sonsuz qürur mənbəyimiz olan..." - FOTO
09.11.2026, 09:21 GÜNDƏM
-
"Mətbuata servis olunan bu foto adamın qanını qaraldır"
09.11.2026, 09:05 CƏMİYYƏT
-
İlham Əliyevdən paylaşm: "Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
09.11.2026, 00:05 GÜNDƏM
-
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
09.11.2026, 00:01 GÜNDƏM
-
Ərdoğan Azərbaycandan belə yola salındı - FOTOLAR
08.11.2026, 20:54 GÜNDƏM
-
Prezident və xanımı adından Ərdoğan və xanımının şərəfinə rəsmi ziyafət verilib - FOTOLAR
08.11.2026, 20:09 GÜNDƏM
-
Şahbuza mövsümün ilk qarı yağır - FOTOLAR
08.11.2026, 18:35 CƏMİYYƏT
-
Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı keçirlib - VİDEO
08.11.2026, 18:31 MƏDƏNİYYƏT
-
"HEÇ KİM ARAMIZA GİRƏ BİLMƏZ" - Ərdoğan Qarabağda Azərbaycan prezident ilə görüşdü, mühüm bəyanat və mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənb)
08.11.2026, 18:30 GÜNDƏM
-
ƏLİYEVLƏ ƏRDOĞANIN ŞUŞA GÖRÜŞÜNƏ DAMĞA VURAN GÖRÜNTÜ... - FOTO
08.11.2026, 18:13 SİYASƏT
-
İlham Əliyevlə Ərdoğan Xocalı Soyqırımı və Şuşa qalası önündə - FOTOLAR
08.11.2026, 17:53 GÜNDƏM
-
Birinci xanımlar çay masasında söhbətləşdi - FOTOLAR
08.11.2026, 17:13 GÜNDƏM
-
Türkiyə dövləti Ağdamda məktəb tikir: "Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik"
08.11.2026, 16:20 GÜNDƏM
-
Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət ediblər - FOTOLAR
08.11.2026, 16:14 GÜNDƏM
-
Ərdoğan: "İlham Əliyevin liderliyi ilə Azərbvaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi"
08.11.2026, 16:12 GÜNDƏM
-
ƏLİYEV VƏ ƏRDOĞAN AİLƏLƏRİ İLƏ BİR ARADA - FOTOLAR
08.11.2026, 15:20 GÜNDƏM
-
Ərdoğan Qarabağda: “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - VİDEO
08.11.2026, 14:27 GÜNDƏM