"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik" - BDU-da tələbələrdən pul yığılması idiasına reaksiya

\"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik\" - BDU-da tələbələrdən pul yığılması idiasına reaksiya

CƏMİYYƏT

Bugün, 15:15

Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması ilə bağlı məsələyə rəsmi münasibət açıqlanıb.

BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, iddianın heç bir əsası yoxdur.

"BDU-da pul yığılması qadağandır və bu məlumat yanlışdır", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması narazılığa səbəb olub.

Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub.

Şikayətçi iddia edib ki, BDU-nun Politologiya ixtisasında təhsil alan tələbələrdən müxtəlif məqsədlər üçün pul toplanılır.

"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik. Hər dəfə ad günlərinə pul yığılır, indi də 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı pul toplanır. İmkanı olan var, olmayan var. Kiminsə etiraz etməyə cürəti çatmır. Xahiş edirəm, paylaşın ki, hamı bundan xəbərdar olsun. Universitetlərdə özəl günlərlə bağlı tələbələrdən pul yığılmasın. Mən özüm şəxsən əsaslarla təhsil alıram və maddi baxımdan çətinlik çəkirəm", - deyə şikayətçi bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR