Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
İQTİSADİYYAT
02.10.2026, 17:09
“Sahibkarlar və şirkətlərin QHT sektoru ilə iş təcrübəsi böyük deyil, onlar bu sahədə bilik və bacarıqların artırılmasına ehtiyac duyurlar. Eyni zamanda sektoru tanımırlar, bununla belə ictimai təşəbbüslərə dəstək verməyə böyük maraq göstərirlər”, - bu fikirlər sahibkarlar və şirkətlər üçün keçirilən seminarlarda səsləndirilib.
Mia.az xəbər verir ki, “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində şirkət nümayəndələri üçün nəzərdə tutulmuş növbəti onlayn seminar keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunur.
Birincici 14 sentyabr 2026-cı il tarixində baş tutan və böyük maraqla qarşılanan təlimin davamı olaraq 18 sentyabr 2026-cı il tarixdə təşkil edilən ikinci onlayn seminar ilə sahibkarlar üçün nəzərdə tutulan seminar proqramı uğurla başa çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə reallaşan seminarlarda fərqli iqtisadi sahələri təmsil edən sahibkarlar, KSM və ESG üzrə menecerlər, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən KOBİA-nın Bakı-Abşeron-Xızı regional koordinatoru Ayaz Ədilov və təşkilatın digər məsul nümayəndələri çıxış edərək, yerli biznes mühitində sosial məsuliyyət mədəniyyətinin gücləndirilməsi və vətəndaş cəmiyyəti ilə institusional dialoqun davamlı olmasının vacibliyini diqqətə çatdırıblar.
Layihə rəhbəri və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimli qeyd edib ki, ümumilikdə 40-dan çox şirkət nümayəndəsinin cəlb olunduğu bu seminarlar biznes sektoru ilə QHT-lər arasında etimad mühitinin yaradılması məqsədi daşıyır. O bildirib ki, layihə çərçivəsində aparılmış genişmiqyaslı sorğuların nəticələri və beynəlxalq təcrübə əsasında hazırlanacaq Analitik Hesabat və Təkliflər Paketi dövlət və özəl sektor qurumlarına təqdim ediləcək, biznes assosiasiyaları ilə memorandumların imzalanması üçün zəmin yaradacaqdır.
Seminarda ekspert qismində çıxış edən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) İdarəedici Direktoru, KSM və dayanıqlılıq üzrə tanınmış mütəxəssis Ceyhun Atayev “QHT-lərlə şəffaf və səmərəli tərəfdaşlıqların qurulması – Müasir dövrdə KSM strategiyasında əməkdaşlıq” mövzusunda ətraflı təqdimatla çıxış edib. C.Atayev çıxışında korporativ sektorun QHT-lərlə əməkdaşlıqda doğru tərəfdaş seçimi meyarlarını (reputasiya, səriştə, şəffaflıq və uyğunluq - 5C modeli), layihələrin birgə dizaynı prinsiplərini, resursların düzgün səfərbər olunmasını və risklərin idarə edilməsini praktiki nümunələr və keyslər üzərindən izah edib. Xüsusilə KSM təşəbbüslərinin beynəlxalq ESG standartları ilə uzlaşdırılması, fəaliyyət nəticələrinin deyil, cəmiyyətə verilən real sosial təsirin (impact) və ölçülə bilən KPI-ların müəyyənləşdirilməsi metodları seminar iştirakçılarının xüsusi marağına səbəb olub.
İnteraktiv formatda keçən və sual-cavab sessiyası ilə yekunlaşan seminarlarda biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb.
Seminarın yekununda layihə rəhbəri Zaur İbrahimli bildirib ki, “Sahibkarlar və şirkətlərin QHT sektoru ilə iş təcrübəsi böyük deyil, onlar bu sahədə bilik və bacarıqların artırılmasına ehtiyac duyurlar. Eyni zamanda sektoru tanımırlar, bununla belə ictimai təşəbbüslərə dəstək verməyə böyük maraq göstərirlər. Eyni zamanda QHT sektoru biznesin diqqətini çəkəcək, peşəkar şəkildə hazırlanmış layihə təklifləri təqdim etmək, praktik əməkdaşlıq qırmaq səriştəsini artırmalıdır. Bu çətinliklərin aradan qaldırılması üçün təşəbbüslər genişlənməlidir. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi bu istiqamətdə işləməyə davam edəcək.”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır
Bugün, 13:55 İQTİSADİYYAT
-
Naxçıvan AHİK-i xanım müavinə tapşırıldı
Bugün, 13:55 GÜNDƏM
-
İzmir tarixində bir ilk - Tuqay siyasi mövqeyini yenə dəyişdi, Ərdoğan salamladı (FOTO)
Bugün, 13:34 DÜNYA
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 13:14 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Prokurorluq orqanlarında işləmək istəyənlər imtаhаn verəcək - Bu tarixdə
Bugün, 09:30 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 09:27 GÜNDƏM
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Bugün, 09:09 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyn oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:49 İDMAN
-
Rusiyanın Qara dənizdə bir tankeri vurulub
Bugün, 00:49 DÜNYA
-
Tramp: "İran bizlə ya razlaşacaq, ya da yox olacaq"
Bugün, 00:18 GÜNDƏM