ABŞ super bombardmançı təyyarələrini Britanyadan təcili çıxardı - İran təhdidi var?

ABŞ super bombardmançı təyyarələrini Britanyadan təcili çıxardı - İran təhdidi var?

DÜNYA

Bugün, 09:46

ABŞ Müdafiə Nazirliyi super bombardmançı təyyarəsini Britanyadan təcili çıxarıb.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki,  səbəb izah olunmasa da, yeni bir təhdid səbəbindən Böyük Britaniyadakı "RAF Fairford" bazasında da yerləşən bütün uzun mənzilli B-1 Lancer ağır bombardmançı təyyarələri ABŞ-dakı bazalara geri çəkilib.

ABŞ-ın təyyarələrin bölgədəki fərqli bir bazaya köçürməkdənsə,  birbaşa ölkəyə qaytarması suallar doğursa da, Pentaqon açıqlama verməkdən imtina edib.

Məlumatda digər diqqət çəkən məqama da yer verilib. İddiaya görə, təyyarənin geri çəkilməsi bir neçə gün əvvəl İrandan gələn təhdidlər əlaqələdir. Bununla yanaşı, 27 sentyabrda 23-25 ​​yaşları arasında beş Britaniya vətəndaşı partlayıcı maddələrlə bazanın yaxınlığında saxlanılıb. Ki, bu da qorxu yaradıb...

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR