SƏUDİYYƏ VƏ İRANA BAĞLI DƏSTƏLƏRİN TOQQUŞMASI ŞİDDƏTLƏNİR - Yəmən Ordusu Bab əl-Məndəb və strateji limana nəzarəti geri qaytardı

SƏUDİYYƏ VƏ İRANA BAĞLI DƏSTƏLƏRİN TOQQUŞMASI ŞİDDƏTLƏNİR - Yəmən Ordusu Bab əl-Məndəb və strateji limana nəzarəti geri qaytardı

GÜNDƏM

Bugün, 13:57

Səudiyyə və BƏƏ-nn dəsətk verdiyi Yəmən ordusu İranın dəstəklədiyi husi qruplaşmalarının hücumunu dayandırmaqla yanaşı, Taizdəki strateji əhəmiyyətli Bab əl-Məndəb və Zubab Hava Limanına nəzarəti ələ keçirib

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü polkovnik Məcid Abdullah ən-Nazili açıqlama verib.

O bildirib ki, "Şəfəq əməliyyatı" adı verilən genişmiqyaslı əməliyyatla husilərin hərbi imkanları və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilib: "Hazırda hökumət qüvvələri mühasirə çəmbərini daralmağa çalışırlar. Bununla bərabər, Ordumuz strateji əhəmiyyətə sahib Bab əl-Məndəb və Zubab Hava Limana nəzarəti tam ələ alıb. Bundan əlavə, hökumət qüvvələrin Zubab ilə Muha arasındakı yolu kəsib, yolboyu atəş nəzarəti qurub. Artıq husi qrupları arasındakı rabitə kəsilib, bir-birlərinə rahat yardıma getmələri mümkün deyil.  Zubab bölgəsində yüzlərlə Husi döyüşçüsü mühasirədədir. Biz onlara təhlükəsizlik qüvvələrinə təslim olmaları barədə xəbərdarlıq göndərmişik. Düzdür, bəzi döyüşçülər mühasirədən  qayıqlardan istifadə edərək dəniz yolu ilə qaçmağı bacarıblar".

Ordu sözüçsü deyib ki, "Şəfəq əməliyyatı" məqsədinə çatana qədər qətiyyətlə davam edəcək.

Xatırladaq ki, ötən ay Husilər çox sürətlə hücuma keçərək cəmi iki gün ərzində hökumət qüvvələrinin nəzarətində olan qeyd edilən bölgələr daxil olmaqla, bütün sahilboyu şəhərləri ələ keçirib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR