İran Baş Qərargah rəisindən təhdid: "İrana qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcək"

İran Baş Qərargah rəisindən təhdid: \"İrana qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcək\"

DÜNYA

Bugün, 13:04

"İrana qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Baş Qərargah rəisi və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi ABŞ və İsrailin gözlənilən mümkün hücumuna münasibətdə deyib.

O, növbəti dəfə qarşı tərəfi əks hücumun miqyasının genişlənməsi ilə təhdid edib.

Ordusu rəsmisi İsrail Baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən də danışıb: "Sionist dəstəsinin başçısının bölgədə olması və İranın nüvə proqramının hərbi mərhələyə keçdiyi barədə verdiyi açıqlama tamamilə xəyaldır. Qoyun cildində canavar rolunu oynamağı dayandırın və İranın nüvə obyektləri haqqında əsassız açıqlamalar verməkdən çəkinin".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR