Adnan Əhmədzadənin "Grand-Mart"ında BÖHRAN? - Vergi borcu 1.2 milyonu ötdü

Adnan Əhmədzadənin \"Grand-Mart\"ında BÖHRAN? - Vergi borcu 1.2 milyonu ötdü

İQTİSADİYYAT

Bugün, 10:21

"Grand-Mart" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında yaranan vergi borcu külli miqdaro artaraq 1,2 milyon manatı keçib.

Mia.az 32gun.az-a istinadla xəbər veirr ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan və qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf oğlu olan bu nəhəng şirkətin vergi borcu hazırda 1 277 682,70 manat təşkil edir.

Qeyd edək ki, "Grand-Mart" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədli Ramil Əşrəf oğludur. MMC-nin nizamnamə kapitalının məbləği isə 12 milyon manatdan çoxdur.

"Grand-Mart" MMC-yə "Grandmart", "Megastore", "Bizim market", "Novas Home", "Bolmart" kimi böyük marketlər şəbəkələri daxildir. Bir sıra yerli KİV-də sözügedən mağazaların hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu bildirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR