Nazir kombaynla pambıq yığımında - VİDEO
İQTİSADİYYAT
02.10.2026, 13:20
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunun Fətəlikənd kəndində pambıq yığım prosesində iştirak edib.
Mia.az xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər və məsul şəxsləri, rayon icra hakimiyyəti strukturlarının nümayəndələri, Nazirliyin tabeli qurumlarının əməkdaşları və pambıqçı fermerlər iştirak ediblər.
M.Məmmədov kombaynın sükanı arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizator Yasin Zəhəddinovun fəaliyyəti və pambıq yığımının gedişi ilə maraqlanıb. 10 ildir kombayn idarə edən mexanizator iş təcrübəsi barədə nazirə məlumat verib və müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında yaratdığı imkanlardan danışıb.
Yığımın start verildiyi fermer təsərrüfatının rəhbəri Güləli Dursunov bildirib ki, 17 hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsində son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına düzgün əməl olunması nəticəsində sahədə bol məhsul yetişib. O, bu il pambıq sahəsində hər hektardan 50 sentner məhsul gözlədiyini bildirib.
Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov rayonda 12 min hektara yaxın sahədə pambıq əkildiyini, ötən il yüksək məhsuldarlıq əldə edildiyini qeyd edib. Bu göstəricilərin fermerlərin zəhməti və dövlət dəstəyinin nəticəsi olduğunu bildirən icra başçısı əlavə edib ki, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də emal sənayesinin inkişafına mühüm töhfə verir və cari ildə də yüksək nəticələrin əldə olunacağı gözlənilir.
M.Məmmədov fermerlərlə görüşdə Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə toxunub. Nazir qeyd edib ki, dövlət proqramında prioritet istiqamətlərdən biri olan pambıqçılıqda ölkə başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına, məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait yaradıb. O, pambıqçılıq sahəsində mövcud vəziyyət, inkişaf meyilləri və qarşıda duran əsas vəzifələrdən bəhs edib.
Görüşdə pambıqçılığın inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər barədə fermerlərlə fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən fermerlər cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflərlə bağlı fikirlərini bölüşüblər.
P.S. Video qafqazinfo-ya aiddir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTO
Bugün, 13:43 GÜNDƏM
-
Putin İlham Əliyevlə bir arada - FOTOLAR
Bugün, 13:22 GÜNDƏM
-
KİYEV MERİ PAYTAXTA QORXU SALDI: "İmkanı olan şəhəri tərk etsin..." - "Biz Putinə arzuladığı bu "ən yaxşı ssenari"ni qətiyyən verməyəcəyik"
Bugün, 13:21 GÜNDƏM
-
Sabah leysan yağacaq
Bugün, 13:05 CƏMİYYƏT
-
Avropa İnsan Hüquqları Məhkəməsi Rauf Mirqədirovla bağlı qərar verdi
Bugün, 12:59 SİYASƏT
-
Baş məşqçi türk klubuna 330 min avro borcu bağışladı
Bugün, 12:59 İDMAN
-
ƏLİYEV, PUTİN və BERDİMƏHƏMMƏDOV BİR ARADA - Üçlü görüş + FOTOLAR
Bugün, 12:45 GÜNDƏM
-
Türkiyədə iki məşhur jurnalist saxlanıldı - İkisi isə ifadəyə çağırıldı
Bugün, 12:43 PRESS
-
Abşeron Rayon İcra Hakimiyyəti 646 minlik tenderə hazırlaşır
Bugün, 12:32 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - ÇIXIŞ + FOTOLAR (Yenilənib)
Bugün, 12:27 GÜNDƏM
-
Araz Ağalarov həyat yoldaşı birgə sualları cavablandırıb
Bugün, 12:23 CƏMİYYƏT
-
“Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib - 1.5 milyon manatlıq iddia
Bugün, 12:14 CƏMİYYƏT
-
Coca-Cola çökür? - Yüzlərlə filialı olan nəhəng brend satılır
Bugün, 12:08 İQTİSADİYYAT
-
Keçmiş partiya sədrinə kompensasiya ödəniləcək - Əli Əliyev barışdı
Bugün, 12:06 SİYASƏT
-
"Daha sürətlə irəliləmək mümkündürmü? Yəqin ki, mümkündür" - Putin liderlərə "Maneələri aradan qaldırmaq" mesajı verdi
Bugün, 11:49 GÜNDƏM
-
"Bu, şübhəsiz ki, tarixi bir andır" - Lukaşenkodan İlham Əliyevin mesajına reaksiya
Bugün, 11:28 SİYASƏT
-
"Kapital Bank"ın işçisinə SOCAR-da vəzifə verildi
Bugün, 11:08 İQTİSADİYYAT
-
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında : "Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə..."
Bugün, 11:00 GÜNDƏM
-
"Azərsun Holdinq"lə 50 min manatlıq "Media Balans"ı bir-birinə bağlayır ki...
Bugün, 10:58 İQTİSADİYYAT
-
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır"
Bugün, 10:47 GÜNDƏM
-
"Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və..."
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürüldü: siyasi müxaliflərə qarşı zorakılıq və...
Bugün, 10:03 DÜNYA
-
Azərbaycan nefti fantastik qiymətə yüksəldi - Qara qızıl daha 8 dollar bahalaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
PAKİSTAN YƏMƏNDƏ HÜSİLƏRƏ QARŞI MÜHARİBƏYƏ GİRDİ - Qırıcılar üsyançılara bomba yağdırır, Ankara və İslamabad...
Bugün, 09:39 GÜNDƏM
-
Adanı tısbağalar basıb - 180 min...
Bugün, 09:20 DÜNYA
-
Azərbaycan Prezidenti: "Donald Tramp Nobel Sülh Mükafatı almalıdır"
Bugün, 09:00 GÜNDƏM
-
Husilər Ər-Riyad Hava Limanına yenə zərbə endirdi - 2,5 milyon dollarlıq təyyarə yandı + FOTO
Bugün, 00:11 DÜNYA
-
Türkiyədə yüksək vəzifəli şəxs güllələndi
Bugün, 00:05 KRİMİNAL
-
ABŞ-da qızılca halları ötən il təxminən iki dəfə artıb
Bugün, 00:04 DÜNYA
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
"Bandotdel"dən əməliyyat: QHT əməkdaşlar həbs edildi + FOTO
08.10.2026, 23:52 GÜNDƏM
-
Aleksandr Çeferin UEFA prezidenti vəzifəsinə yenidən iddialıdır: "Namizəd olacağam"
08.10.2026, 22:03 İDMAN
-
Baş məşqçi: "Meydanda atamı belə tanımıram"
08.10.2026, 21:55 İDMAN