AAK DEPUTATIN ELMİ İŞİNİ İKİ İLDİR TƏSDİQLƏMİR - Xanım millət vəkilinin DİPLOMU NİYƏ VERİLMİR?

AAK DEPUTATIN ELMİ İŞİNİ  İKİ İLDİR TƏSDİQLƏMİR - Xanım millət vəkilinin DİPLOMU NİYƏ VERİLMİR?

GÜNDƏM

Bugün, 14:45

Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalının elmi fəaliyyəti "dalan"a dirənib.

Mia.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.2.43 Dissertasiya Şurasında “Pedaqoji psixologiya” ixtisası üzrə  "Məktəbəqədər yaşlı uşaqlarda əqli keydiyyətlərin formalaşmasının psixoloji xüsusiyyətləri" elmi işini müdafiə etsə də, deputatın diplomu Ali Attestasiya Komissyasında (AAK) bu günə qədər təsdiqlənməyib: "Bu səbəbdən, o, 2 ildir “Pedaqoji psixologiya” üzrə fəlsəfə doktoru diplomunu ala bilməyib".

Məlumat üçün qeyd edək ki, deputat 2004-cü ildə Qərb Universitetində ingilis dili üzrə tərcüməçilik ixtisası üzrə bakalavr, 2006-cı ildə isə Dillər Universitetində bu ixtisas üzrə magisr dərəcəsini bitirb.

Milli Məclisin saytında haqqındakı məlumatdan görünür ki, buna baxmayaraq, o, ingilis dilini "əla" deyil, "yaxşı" səviyyədə mənimsəyib.

Yəqin elə bu səbəbdəndir ki, o, 2006-cı ildə Pedaqoji Universitetdə "Praktik psixoloq" ixtisası üzrə ikinci ali təhsil alıb... 

Və məhz ikinci ali təhsil üzrə elmi dərəcəyə sahiblənmək istəyib.

Yeri gəlmişkən, deputatın  Bakı Dövlət Universitetindəki FD.2.43 Dissertasiya Şurasında müdafiə etdiyi vaxt həmin şuranın sədri hazırda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittiham ilə mühakimə olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva olub. 

Günay Ağamalının elmi rəhbəri Ərəstun Baxşəliyev, rəsmi oppenetlərindən biri isə professor Səməd  Seyidov olub.

Bəs xanım deputatın elmi işi AAK-da niyə təsdiqlənməyib?

Bununla bağlı G.Ağamalıya "Facebook" üzərindən sual ünvanladıq. O, sualı oxusa da, cavabsız buraxıb.

AAK və deputatın mövqeyini öyrənməyə çalışacağıq.

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR