"Ziraat Bank" Türkiyəni çalxalayan "birja"ya 600 milyon dollar pul buraxıb? - Azərbaycanda da filialı olan bankla bağlı sensasiyalı iddialar yayıldı

\"Ziraat Bank\" Türkiyəni çalxalayan \"birja\"ya 600 milyon dollar pul buraxıb? - Azərbaycanda da filialı olan bankla bağlı sensasiyalı iddialar yayıldı

İQTİSADİYYAT

Bugün, 11:45

Türkiyənin köklü banklarından sayılan və Azərbaycanda da filialı olan "Ziraat Bank"la bağlı sensasiyalı iddia yayılıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, adıçəkilən bankın adı ölkəni çalxalayan və bir çox iş adamı, siyasilərin həbs olunduğu qanunsuz birja (borsa/Fond) qalmaqalında hallanmağa başlayıb.

Məlumata görə, bu bank "Tera Investment"ə 600 milyon dollarlıq "kredit" verib.

İddialar var ki, bu pul müəyyən şəxslərlə gizli danışıqlardan sonra hazrda istintaqa cəlb olunan qrupları hesablarına köçürüb, lakin həmin pul geri qaytarılmayıb.

Bu gün isə "Ziraat Bank" iddialarla münasibət bildirib. Bank  iddiaların tamamilə əsassız olduğunu və "Tera Investment"in bankla heç bir nağd və ya nağdsız riskinin olmadığını bildirib.

"Ziraat Bank" açıqlamasında "Tera Investment"ə 600 milyon dollarlıq kredit verildiyi, bu "fond"un da müəyyən şəxslərə və qruplara həmin pulu köçürdüyü və hələ də o pulun banka geri qaytarılmadığı iddialarını tamamilə əsassız sayıb:

"Ziraat Bank"da "Tera Investment"in bankda heç bir nağd və ya nağdsız aktivi olmayıb. Nə də bu quruma kredit verilməyib. Bir sözlə, Bankımızın "Tera Investment"a 600 milyon dollarlıq kredit verməsi, bu maliyyənin müəyyən şəxslərə və qruplara köçürülməsi, daha sonra isə  kreditin geri qaytarılmadığı iddiaları tamamilə əsassızdır”.

Xatırladq ki, "Ziraat Bank"la balı bu iddianı Yeni Partiyanın parlamentdəki faksiyasının sədr müavini  Murat Emir səsləndirib.

Partiyanın İstanbuldan deputatı  Özgür Karabat, "Ziraat Bankı"nın "Tera"ya verdiyi zəmanətli kreditin üç ayda 26 dəfə artaraq 585 milyon TL-yə çatdığını bəyan edib.

Onu da bildirək ki, bu "fond qalmaqalı"na görə, Prezident Ərdoğanın AKP-də müavini olan sabiq nazir Fatma Betül Sayan da istefaya göndərilib, onun və ailəsinn əmlaklarına həbs qoyulub. Hazırda barəsində araşdırma aparılır.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR