"Bizim üçün bu, strateji aktivdir və..." - Hikmət Hacıyevdən qonşu dövlətlərə mesaj
GÜNDƏM
02.10.2026, 10:04
"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf etməkdə davam edir".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda deyib.
Onun sözlərinə görə, İrana qarşı sanksiyalar iqtisadi və işgüzar nöqteyi-nəzərdən Azərbaycan üçün ciddi çətinliklər yaradır, təkcə İrana deyil, həm də Azərbaycana və digər qonşu ölkələrə mənfi təsir göstərir: "Azərbaycan xarici siyasətdə suverenlik, müstəqillik və strateji muxtariyyət prinsiplərini rəhbər tutur. Bizim üçün bu, strateji aktivdir və biz müstəqilliyin əldə edilməsi və suverenliyin qorunub saxlanması üçün böyük bədəl ödəmişik. Azərbaycanın digər dövlətlərlə münasibətləri şəffaflıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulur. Prinsiplər prinsip olaraq qalır. Biz beynəlxalq hüququn aşınmasını görürük, lakin buna baxmayaraq, Azərbaycan dövlətlərarası münasibətlərdə öz prinsiplərinə və yanaşmalarına sadiq qalmağa davam edir"(Report)
Hacıyev qeyd edib ki, Azərbaycanda ABŞ-nin gələcəkdəki administrasiyalarının Bakı ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edəcəyinə əminlik var:
"Son iki il ərzində Azərbaycan ABŞ və Çin daxil olmaqla dünyanın aparıcı dövlətləri, eləcə Avropa İttifaqı ilə möhkəm strateji tərəfdaşlıq münasibətləri qurmağa nail olub. Çinə gəldikdə, regional səviyyədə hərtərəfli strateji tərəfdaşlıq qurmuşuq və onun praktiki cəhətdən həyata keçirilməsi üzərində işləyirik. İkinci istiqamət ABŞ və Azərbaycandır. Vaşinqton sammiti təkcə Ermənistan-Azərbaycan sülh gündəliyinə həsr olunmamışdı. Biz ABŞ və Azərbaycan arasındakı münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə çıxarmaq üçün bu fürsətdən istifadə etdik".
Prezidentin köməkçisi bildirib ki, ABŞ-nin əvvəlki administrasiyaları dövründə Azərbaycan müəyyən çətinliklərlə üzləşirdi, Cənubi Qafqaz və Xəzər regionuna isə kifayət qədər diqqət yetirilmirdi: "Buna görə də biz ABŞ-ni, fikrimizcə, onun əhəmiyyətinə uyğun olan rol və yanaşma ilə regiona qaytarmaq istəyirdik".
Hacıyev vurğulayıb ki, Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyi və sülh sazişi bütün region üçün strateji əhəmiyyət kəsb edir: "Biz əminik ki, gələcəkdəki administrasiyalar bu münasibətləri inkişaf etdirməyə davam edəcəklər, ABŞ tərəfi isə bundan sonra da sülh gündəliyinə diqqət ayırmağa və onun vasitəsilə regionla qarşılıqlı əlaqədə olmağa davam edəcək".
H.Hacıyev bildirib ki, hazırda Bakı ilə Moskva arasında münasibətlər stabildir və mehriban qonşuluq çərçivəsində inkişaf edir: "Bilavasitə qonşularımıza gəldikdə - coğrafiya bizim taleyimizdir. Bioloji baxımdan valideynlərimizi, geosiyasətdə isə qonşularımızı seçə bilmərik. Bu, bizim taleyimizdir və biz birlikdə yaşamalıyıq. Buna görə də şadam ki, Rusiya və Azərbaycan arasındakı münasibətlər hazırda sabit və normaldır, həm də mehriban qonşuluq çərçivəsində inkişaf edir".
F.ƏHMƏD
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 13:14 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Prokurorluq orqanlarında işləmək istəyənlər imtаhаn verəcək - Bu tarixdə
Bugün, 09:30 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 09:27 GÜNDƏM
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Bugün, 09:09 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyn oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:49 İDMAN
-
Rusiyanın Qara dənizdə bir tankeri vurulub
Bugün, 00:49 DÜNYA
-
Tramp: "İran bizlə ya razlaşacaq, ya da yox olacaq"
Bugün, 00:18 GÜNDƏM
-
İstanbulda daha iki bələdiyyə sədri həbs olunub
Bugün, 00:14 DÜNYA
-
"Qalatasaray" Barış Alper Yılmazla müqaviləni yeniləyir
Bugün, 00:07 İDMAN
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Bugün, 00:05 SİYASƏT