PREZİDENT YAP-ın QURULTAYINDA - İlham Əliyev çıxış edir + FOTOLAR (YENİLƏNİR)

PREZİDENT YAP-ın QURULTAYINDA - İlham Əliyev çıxış edir + FOTOLAR (YENİLƏNİR)

GÜNDƏM

Bugün, 10:23

Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir.

***

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir".

Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlət başçısı qeyd edib: "Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var".

Prezident qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfədir ki, qurultay keçirilir. VII qurultayın da o vaxt üçün yeni mühitdə keçirildiyini xatırladan dövlət başçısı qeyd edib: "Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir".

***

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sədri olduğu hakmn Yeni Azərbaycan Partiyası (YAP) VIII qurultayını keçirir.

Mia.az xəbər verir ki, 5 matr 2026-da keçriilməli olan qurultay müəyyən səbəblərdən ləngiyib və bu günə təyin olunub.

Məlumata əsasən, Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq qurultayda partiya strukturlarında və bəzi rəhbər postlarda dəyişiklik gözlənilir.

Xatırladaq ki, bir neçə həftə əvvəl YAP-ın məşhur funksionerlərindən olan sabiq deputat Musa Musayev Feysbuk-da səhifəsində partiyada dəyişikliyə çağırış etmişdi: "YAP-ın yaranmasında və inkişafında müstəsna xidmətləri olan bir şəxs kimi istərdim ki, Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından da uzaqlaşdırılsınlar. 2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq. Dövlətimizə, millətimizə, Partiyamıza və cənab Prezidentimizə xəyanət edənlərlə üzülüşməyin zamanıdır!".

P.S. Yazıya əlavə olunmuş fotolar unikal.az saytına məxsusdir.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR