Kəlbəcərə həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyası hazırlanıb
İQTİSADİYYAT
01.10.2026, 10:07
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib.
"AzerGold" QSC-dən Mia.az-a bildirilib ki, yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.
Sikkənin əsas kompozisiya elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Məfrəş qədim xalçaçılıq texnikası ilə toxunan, məişət əşyalarının saxlanılması və daşınması üçün istifadə edilən ənənəvi xalça məmulatıdır.
Kompozisiyanı əhatə edən haşiyə isə Kəlbəcərin qədim arıçılıq ənənələrinə, məşhur dağ balına və bölgənin zəngin təbii resurslarına işarə edən arı pətəyi motivindən ilhamlanıb.
Kolleksiyanın digər diqqətçəkən elementi sikkənin yuxarı və aşağı hissəsində yerləşən 17 simmetrik xətdir. Bu xətlər ənənəvi sazın pərdələrini simvolizə etməklə Kəlbəcərin qədim aşıq sənəti və saz ifaçılığı ənənələrinə istinad edir.
Kəlbəcərə həsr olunan xatirə sikkəsi bölgənin təbiətini, tarixini və milli-mədəni irsini müasir numizmatika sənəti vasitəsilə əks etdirən kolleksiya nümunəsidir. Sikkənin konsepsiyasında Kəlbəcərin tarixi yaddaşı ilə yanaşı, bölgənin yenidən dirçəlişi və gələcəyə baxışı da ifadə olunub.
Qeyd edək ki, yeni kolleksiya "AzerGold" QSC-nin təşəbbüsü ilə istehsal olunan xatirə sikkələri seriyasının növbəti nümunəsidir. Məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 999.9 əyarda, müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunur.
Kəlbəcər kolleksiyasını "AzerGold" QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən müxtəlif dizaynlarda sikkələrin, eləcə də qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Məhsullar 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilir. Hazırda "AzerGold" QSC-nin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şair Ayaz Vəfalı vəfat edib
Bugün, 11:32 PRESS
-
Gəncədə müğənni əməliyyatdan sonra ölüb
Bugün, 11:27 CƏMİYYƏT
-
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı
Bugün, 11:08 KRİMİNAL
-
Husilər Ər-Riyadda Hava Limanını vurdu: 12 nəfər ölüb, 300-dən çox yaralı var
Bugün, 09:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:13 CƏMİYYƏT
-
TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."
10.10.2026, 23:03 GÜNDƏM
-
Ramzan Kadırov Azərbaycana niyə gəlib? - TƏHLİL
10.10.2026, 18:10 GÜNDƏM
-
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə naharda - FOTOLAR
10.10.2026, 16:37 GÜNDƏM
-
Prezident İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də - FOTOLAR
10.10.2026, 16:07 GÜNDƏM
-
Çeçenistanın başçısı Bakıda İlham Əliyevin qəbulunda: "Bu, bizim ortaq kədərimizdir" - "Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək" (FOTOLAR)
10.10.2026, 15:45 GÜNDƏM
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
10.10.2026, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
10.10.2026, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
10.10.2026, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
10.10.2026, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
10.10.2026, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
10.10.2026, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
10.10.2026, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
10.10.2026, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
10.10.2026, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
10.10.2026, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10.10.2026, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL