Prezidentin köməkçisi Regional Forumda: "Bu gün regionda de-fakto sülh mövcuddur" - "Ermənistan hökuməti öz cəmiyyətini sülhə hazırlamalıdır"
SİYASƏT
02.10.2026, 09:59
"Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizlik bərqərar olub, lakin onların dayanıqlığını təmin etmək vacibdir.
O qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll olunub və Azərbaycan strateji səbr və liderlik nümayiş etdirib.
"Biz həmişə demişik ki, müharibəni qazanmışıq, lakin daha bir addım atmaq – sülhü qazanmaq vacib idi. Bu, həqiqətən də strateji təfəkkür, səbr və prezidentin liderliyini tələb edən son dərəcə çətin bir vəzifə idi", - Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, hazırda regionda de-fakto sülh mövcuddur.
"Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz sülh şəraitində yaşayırıq və hətta sülh şəraitində yaşamağı öyrənirik. Müstəqilliyimizin ilk günlərindən torpağımızda kifayət qədər sülh olmayıb. Amma indi biz səylə işləyirik və bu gün regionda de-fakto sülh mövcuddur. Lakin sülh yalnız kağız üzərində qalmamalıdır", - o qeyd edib.
H.Hacıyev əlavə edib ki, sülh sazişinin yekun olaraq bağlanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi gözlənilir.
"Biz yalnız bir son addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyirik. Bundan sonra, düşünürəm ki, yekun sülh sazişi reallığa çevriləcək", - o bildirib/report.
O, Azərbaycan Ermənistan hökumətini öz cəmiyyətinin sülhə hazırlanması istiqamətində fəal şəkildə işləməyə çağırır.
Prezidentin köməkçisi bildirilib ki, rəsmi Bakı Ermənistan cəmiyyətindəki müəyyən tendensiyalardan, xüsusən də böyük nüfuza malik qüvvələrin mövcudluğundan narahatdır: "Daha bir narahatlıq doğuran amil erməni gənclər arasında revanşist əhval-ruhiyyənin davam etməsidir. Bu, vacib məqamdır. Buna görə də biz Ermənistan hökumətini öz cəmiyyətini sülhə hazırlamaq üçün fəal şəkildə işləməyə çağırırıq".
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi sülh gündəliyini davam etdirmək, onu praktikada möhkəmləndirmək, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə biləcək sülh arxitekturası qurmaq üçün strateji qətiyyətə malikdir: "Buna görə də biz həmişə deyirik ki, bu sülhü təkcə Ermənistan hökuməti və ölkənin baş naziri ilə deyil, erməni xalqı ilə bağlamaq istəyirik. Bu səbəbdən biz hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik. Şübhəsiz ki, bu, daxili məsələdir və biz bu prosesə müdaxilə etməkdən tamamilə çəkinirik".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Prokurorluq orqanlarında işləmək istəyənlər imtаhаn verəcək - Bu tarixdə
Bugün, 09:30 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 09:27 GÜNDƏM
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Bugün, 09:09 İQTİSADİYYAT
-
Millətlər Liqası: 10 oyn oldu, hansı komandalar qalib gəldi?
Bugün, 00:49 İDMAN
-
Rusiyanın Qara dənizdə bir tankeri vurulub
Bugün, 00:49 DÜNYA
-
Tramp: "İran bizlə ya razlaşacaq, ya da yox olacaq"
Bugün, 00:18 GÜNDƏM
-
İstanbulda daha iki bələdiyyə sədri həbs olunub
Bugün, 00:14 DÜNYA
-
"Qalatasaray" Barış Alper Yılmazla müqaviləni yeniləyir
Bugün, 00:07 İDMAN
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
Pakistandan "əzələ nümayişi" - Yeni Fətah-4 raketi sınaqdan uğurla çıxarıldı (FOTOLAR)
06.10.2026, 23:47 GÜNDƏM