"Bank of Baku"nun vaxtı keçmiş kreditləri 30%-ə yaxın artıb - HESABAT
İQTİSADİYYAT
Bugün, 16:56
"Bank of Baku” ASC-də vaxtı keçmiş kreditlərin həcmində əhəmiyyətli artım qeydə alınıb.
Mia.az xəbər verir ki, Plat.az-ın bankın maliyyə göstəriciləri əsasında apardığı hesablamalara görə, 2026-cı ilin birinci yarısının sonunda 30 gündən artıq vaxtı keçmiş kreditlərin həcmi 39 milyon 93 min manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 30 milyon 174 min manat olub.
Beləliklə, bankın vaxtı keçmiş kreditləri altı ay ərzində 8 milyon 919 min manat və ya 29,6% artıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də yüksəlib. 2025-ci ilin sonunda bu göstərici 3,31% olduğu halda, 2026-cı ilin birinci yarısının sonunda 3,69%-ə çatıb.
Ən yüksək artım istehlak kreditlərində qeydə alınıb. Bu kateqoriya üzrə vaxtı keçmiş kreditlər 21 milyon 448 min manatdan 29 milyon 502 min manata yüksəlib. Beləliklə, istehlak kreditləri üzrə gecikmələr 8 milyon 55 min manat və ya 37,6% artıb.
Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 8 milyon 602 min manatdan 9 milyon 471 min manata çatıb. Bu kateqoriyada artım 10,1% təşkil edib.
Daşınmaz əmlak kreditləri üzrə isə əks dinamika müşahidə olunub. Vaxtı keçmiş kreditlərin həcmi 124 min manatdan 119 min manata düşərək 4,1% azalıb.
Bankda uzunmüddətli gecikmələrdə də artım qeydə alınıb. Belə ki, bir ildən artıq gecikmiş kreditlərin həcmi 2025-ci ilin sonundakı 5 milyon 76 min manatdan 2026-cı ilin birinci yarısının sonunda 7 milyon 518 min manata yüksəlib. Bu, 2 milyon 442 min manat və ya 48,1% artım deməkdir.
Bir ildən artıq gecikmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də 0,56%-dən 0,71%-ə yüksəlib.
Qeyd edək ki, hesabat dövründə “Bank of Baku”nun ümumi kredit portfeli 910 milyon 697 min manatdan 1 milyard 60 milyon 788 min manata çatıb və 16,5% artıb. Beləliklə, vaxtı keçmiş kreditlərin artım tempi ümumi kredit portfelinin artım tempini üstələyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
NAXÇIVANDA DEPUTAT MANDATDAN MƏHRUM EDİLDİ - Nə baş verir?
Bugün, 17:45 GÜNDƏM
-
Hikmət Hacıyev: "Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və..."
Bugün, 17:34 SİYASƏT
-
Rusiya ilə Macarıstandan arasında böhran - Moskva diplomatlara iki həftə vaxt verdi
Bugün, 17:15 DÜNYA
-
Gəncədə 5 şagird zəhərlənib (Açıqlama)
Bugün, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Media və Yayım Şurasının rəhbəri sədri RTÜK sədri ilə müzakirə aparıb - Açıqlama
Bugün, 16:56 PRESS
-
"Bank of Baku"nun vaxtı keçmiş kreditləri 30%-ə yaxın artıb - HESABAT
Bugün, 16:56 İQTİSADİYYAT
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər açılacaq - Tarix və qiymətlər açıqlandı
Bugün, 16:28 GÜNDƏM
-
Bakıda sabahdan güclü yağış yağacaq - Xəbərdarlıq
Bugün, 16:12 GÜNDƏM
-
Türkiyə parlamentində gərginlik - Ərdoğan gəldi, Kılıçdaroğlu ayağa qalxmadı, 91 deputat isə zalı tərk elədi (FOTO)
Bugün, 16:04 GÜNDƏM
-
TFF Montellanı niyə qova bilmir? - Müqavilədəki 5 milyon avro bəndi...
Bugün, 15:49 İDMAN
-
SABİQ NAZİR MÜAVİNİ DİREKTORU MƏHKƏMƏYƏ VERDİ - Həbsini tələb edir
Bugün, 15:46 GÜNDƏM
-
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bugün, 15:18 KRİMİNAL
-
Zakir Həsənov: "Burada əsas məqsəd dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir"
Bugün, 15:18 SİYASƏT
-
Zaqatalada zəlzələ olub
Bugün, 15:01 GÜNDƏM
-
Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub
Bugün, 15:00 CƏMİYYƏT
-
Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli.. - Polisdən onlayn qumar oynayanlara qarşı əməliyyat
Bugün, 14:54 KRİMİNAL
-
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Bugün, 14:33 CƏMİYYƏT
-
Ramiz Mehdiyev növbəti məhkəmə iclasına gələcək? - Hüquqşünasdan açıqlamlar
Bugün, 14:20 SİYASƏT
-
Mərkəzi Bank daha iki BOKT-un lisenziyasını ləğv edib
Bugün, 13:57 İQTİSADİYYAT
-
Vətən sevgisini ömrünün amalına çevirən insan – Hüseynağa Osmanov
Bugün, 13:53 CƏMİYYƏT
-
Adriana Lima tanınmaz halda - FOTO
Bugün, 13:41 ŞOU-BİZNES
-
Sabah yağış yağacaq
Bugün, 13:11 CƏMİYYƏT
-
Yeni Azərbaycan Partiyası qurultaya gedir
Bugün, 13:05 GÜNDƏM
-
Vəkilliyə namizədlər icbari təlimə buraxılıb
Bugün, 12:51 CƏMİYYƏT
-
Türkiyə Britaniya ilə sövdələşdi: 12 hərbi yük təyyarəsi alır
Bugün, 12:35 GÜNDƏM
-
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı qaçılmaz məsələdir ”
Bugün, 12:32 PRESS
-
Ağstafada müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü (Yenilənib)
Bugün, 12:17 CƏMİYYƏT
-
Bakı sakini 36 kq narkotik vasitə ilə tutulub
Bugün, 12:09 KRİMİNAL
-
Xələf Xələfov: "Geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə..."
Bugün, 11:59 SİYASƏT
-
Fərid Şəfiyev Regional Forumda: "Birincisi, sülh sazişidir, ikincisi, sərhədin delimitasiyası, üçüncüsü..."
Bugün, 11:46 SİYASƏT
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə olub (Yenilənib)
Bugün, 11:20 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Çin liderinə məktub göndərdi - MƏTN
Bugün, 11:02 GÜNDƏM
-
Meteor yağışı olacaq - Bu tarixlərdə
Bugün, 11:02 GÜNDƏM