Şahin Mustafayev Tehranda Pezeşkianın qəbulunda: "Azərbaycan Prezidenti İlham Əliyevin salamları var"

Şahin Mustafayev Tehranda Pezeşkianın qəbulunda: \"Azərbaycan Prezidenti İlham Əliyevin salamları var\" 

GÜNDƏM

Bugün, 20:28

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ş. Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını M. Pezeşkiana çatdırıb. İran Prezidenti təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.

Görüş zamanı xalqlar arasındakı ortaq tarixi və mədəni bağların ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR