Rəsul Quliyevın qızı: "Atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir" - "Allah bilən məsləhətdir, qismət olsa..."

 Rəsul Quliyevın qızı: \"Atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir\" - \"Allah bilən məsləhətdir, qismət olsa...\"

SİYASƏT

Bugün, 09:42

"Rəsul Quliyev artıq neçə illərdir Amerikadadır. Artıq onun yaşını da bilirsiniz. Ən yaxınları - övladları, nəvələri, bir sözlə, ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr..."

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

X.Quliyeva belə müzakirələrin aparılmadığını bildirib: "Hər halda bizim aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr - Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik..."

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR