Nazir Vilayət Eyvazov Ali Fidanı qəbul etdi - Nələr müzakirə olunub?
SİYASƏT
Bugün, 14:06
Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Mia.az xəbər verir ki, Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, iki qardaş ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin və birgə fəaliyyətin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. O, polis əməkdaşlığı çərçivəsində keçirilən işçi görüşlərinin təcrübə mübadiləsinin aparılmasına, eləcə də praktiki fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri Ali Fidan qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, qlobal təhdidlərə, o cümlədən cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İran ABŞ-ı yeni silahı ilə hədələyir: "Əgər bizə hücum olsa..."
Bugün, 14:41 DÜNYA
-
"Formula 1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş davam edir (YENİLƏNİB)
Bugün, 14:31 İDMAN
-
Almaniyada hadisə yerindən qaçan qadın polislər sistemdən qovulublar
Bugün, 14:25 DÜNYA
-
Bloger Sevinc Hüseynovaya cinayət işi açıldı - Müğənninin şikayəti əsasında
Bugün, 14:18 PRESS
-
Nazir Vilayət Eyvazov Ali Fidanı qəbul etdi - Nələr müzakirə olunub?
Bugün, 14:06 SİYASƏT
-
İnvestisiya Forumunda 11 yeni sənəd imzalandı - Prezident iştirakçılarına müraciət etdi + SİYAHI
Bugün, 14:06 GÜNDƏM
-
Mətbuat Şurasının qurultayına hazırlıq gedir
Bugün, 14:02 PRESS
-
Səudiyyə Ərəbistanıdan Türkiyə və Pakistanla təcili görüş tələbi... - Hərbi dəstək istəniləcək
Bugün, 13:55 GÜNDƏM
-
Şəhid qızının atası ilə söhbəti... - Seymur Verdizadə yazır
Bugün, 13:38 YAZARLAR
-
GÖMRÜKDƏ YOXLAMALAR: 3 nəfər vəzifədən azad olundu, general və polkovniklərə xəbərdarlıq olundu
Bugün, 13:33 İQTİSADİYYAT
-
Əli Kərimli və müavini barədə ibtidai istintaq başa çatıb
Bugün, 13:28 SİYASƏT
-
SEKSUAL MÜĞƏNNİ PREZİDENT OLMAQ İSTƏYİR - Avropa ölkəsində seçki maraqlı məcraya yönnəlib
Bugün, 13:09 DÜNYA
-
Kilian Mbappenin sevgilisi Türkiyədə matçı izləyəcək
Bugün, 13:06 İDMAN
-
Xalq artistinin oğluna xəbərdarlıq edildi - Komitə sədri tərəfindən
Bugün, 12:44 İQTİSADİYYAT
-
Bakıda bir nəfər 11 kq narkotiklıə saxlanılıb
Bugün, 12:37 KRİMİNAL
-
Prezident daha bir şirkət rəhbərini qəbul edib
Bugün, 12:36 GÜNDƏM
-
Bölgələrə leysan yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:14 CƏMİYYƏT
-
BMT-nin salonunda təxribata cəhd.. - İsrail diplomatı İran rəsmisinə yaxınlaşaraq... (FOTO)
Bugün, 12:03 GÜNDƏM
-
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng edib
Bugün, 11:59 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir şirkətin baş icraçı direktorunu qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 11:50 GÜNDƏM
-
İradə Süleymanova prorektor təyin olunub
Bugün, 11:49 CƏMİYYƏT
-
İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTOLAR
Bugün, 11:43 GÜNDƏM
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
Bugün, 11:28 İQTİSADİYYAT
-
Yunanıstanın Baş naziri: "Coğrafiyanı dəyişdirə bilməyəcəyik, türklərlə..."
Bugün, 11:19 SİYASƏT
-
Manaf Ağayevə itki üz verib
Bugün, 11:06 MƏDƏNİYYƏT
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: nələr olacaq? - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
Bugün, 10:56 GÜNDƏM
-
"RUSİYA AYLAR İÇİNDƏ NATO ÖLKƏLƏRİNDƏN BİRİNƏ HÜCUM EDƏ BİLƏR" - Danimarka kəşfiyyatından şok xəbərdarlıq
Bugün, 10:25 GÜNDƏM
-
Tacikistanın Baş naziri Bakıda Zəfər parkında - FOTO
Bugün, 10:16 GÜNDƏM
-
Dövlət Miqrasiya Xidmətində 14 vakant vəzifə var - Müsabiqə elan edildi
Bugün, 10:16 CƏMİYYƏT
-
Ağ Ev rəsmiləri 3 telekanal və qəzet əməkdaşlarını Çin lideri ilə görüşə buraxmayıb
Bugün, 09:59 PRESS
-
Ukraynalı Polşada Kilsəyə hücum edib: Keşiş öldürülüb, dörd nəfər yaralanıb - İki ölkə rəsmiləri ard-arda açıqlamalar verdi
Bugün, 09:43 DÜNYA
-
Azərbaycan nefti daha 4.5 dollar bahalaşdı - Qara qızılın son qiyməti
Bugün, 09:41 İQTİSADİYYAT
-
AZƏRBAYCAN-ERMƏNİSTAN XİN BAŞÇILARI BİR ARAYA GƏLDİ - Nyu-Yorkda razılaşma + FOTOLAR
Bugün, 09:11 SİYASƏT
-
TÜRKİYƏDƏ NÖVBƏTİ SORĞU: seçicilər hansı partiyaya güvənir? - CƏDVƏL
Bugün, 09:01 SİYASƏT