Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: "Xəbər bizi dərindən kədərləndirdi"

Rəsmi Bakıdan Türkiyəyə başsağlığı: \"Xəbər bizi dərindən kədərləndirdi\"

SİYASƏT

Bugün, 20:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda 16 nəfərin öldüyü partlayışla bağlı Türkiyəyə başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR