ABŞ səfiri Barrak: "Türkiyəyə böyük etibarımız var, İranla danışıqlarda əla rol oynayırlar" - "Konqres S-400 və F-35 məsələləri üzərində işləyir"

ABŞ səfiri Barrak: \"Türkiyəyə böyük etibarımız var, İranla danışıqlarda əla rol oynayırlar\" - \"Konqres S-400 və F-35 məsələləri üzərində işləyir\"

GÜNDƏM

Bugün, 00:42

ABŞ-ın Ankaradakı səfiri, eyni zamanda, Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasındakı münasibətlərdən qaynaqlanan planlarla bağlı diqqətçəkən açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, iki ölkə liderlərinin bir-birinə böyük hörmət bəslədiyini deməklə yanaşı, aralarında əla harmoniya olduğunu xüsusi qabardıb: "Türkiyə NATO-nun ikinci ən böyük gücü olmaqla, bizim ən yaxın müttəfiqimizdir".

O, Nyu-Yorkdakı Türk Evinin qarşısında jurnalistlərin sualına cavabda daha sonra bildirib ki, hazırda Konqres iki ölkə münasibətlərinə sıxıntı yaradan S-400 və F-35 məsələsi üzərində işləyir, lakin Amerikanın Düşmənlərinə Sanksiyalar Vasitəsilə Qarşı Mübarizə Qanununa (CAATSA) və Milli Müdafiə Səlahiyyəti Qanununa (NDAA) düzəlişlər vaxt aparır: "Türkiyə ilə ABŞ arasında müdafiə əməkdaşlığı çox vacibdir. Dediyim kimi, Türkiyə NATO-da ikinci ən böyük müttəfiqidir. İstənilən regional ittifaq üçün Türkiyəyə böyük etibarımız var".

Barak ABŞ ilə İran arasında davam edən gərginlik haqda da sualı cavablandırıb: "Biz Daha çox danışıqlar aparırıq ki, bu da hamımız üçün doğru olan şeydir. Türkiyə bu prosesdə çox əla rol oynayır. Çünki Ankaranın hər iki tərəflə əla münasibətləri var, mədəniyyət yaxınlığı onları bir-birlərini daha rahat başa düşmələrinə stimul verir. Ona görə də ümidliyik. Təbii ki, bu, dəqiq nəticə anlamına gəlmir. Prosesdir, davam edir. Başqa seçimimiz yoxdur. Düşünürəm ki, hamı sülhə can atır. Region da artıq sülhə acdır. Amerika sülhə kömək etməyə hazırdır."

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR